Donald Tramp, Barak Obama tərəfindən tətbiq edilən və Obamacare adını alan hazırki tibbi sığorta sistemini əvəzləmək üçün demokratların dəstəyinə nail olmaq niyyətindədir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Fox News-a verdiyi müsahibədə Ağ evin əməkdaşları aparatının rəhbəri Rayns Pribes bəyan edib.
Trampın bu yaxınlarda Obamacare-i əvəzləmək cəhdinin boşa çıxmasını şərh edərkən o, qeyd edib ki, respublikaçıların demokratlar tərəfindən dəstəyi yox idi. Amma administrasiya öz niyyətindən əl çəkmək istəmir.
Pribes həmçinin Konqressin bəzi üzvlərinin qanun layihəsini dəstəkləmədiklərini və Trampı məyus etdiklərini bildirib.
Şimali Karolina ştatından olan konqresmen, respublikaçı Mark Medouz öz növbəsində əmindir ki, hazırki tibbi sığorta sistemi nəticədə ləğv ediləcək. BBC müsahibəsində o, bəyan edib ki, əgər demokratlar və respublikaçılar birləşsələr Obamacare ləğv ediləcək.
Qəzza zolağında köçürülən insanların sayı 1,8 milyon nəfərə çatıb. Bu, anklav sakinlərinin təxminən 80%-ni təşkil edir.
Türkiyənin Şırnak bölgəsində Qabar dağında aparılan seysmik və qazma işləri nəticəsində hər gün yeni neft yataqları kəşf edilir.
Krımda sahilə vuran fırtınadan sonra təxminən 9,3 min insan işıqsız qalıb.