Obama Trampa qarşı etirazları dəstəkləyib

Obama Trampa qarşı etirazları dəstəkləyib
01 2017 10:40

ABŞ-ın sabiq prezidenti Barak Obama hazırkı dövlət başçısı Donald Trampa qarşı etirazları dəstəkləyib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Obamanın bəyanatını onun rəsmi nümayəndəsi Kevin Lyuis yayıb. 

Trampın miqrasiya siyasəti ilə bağlı fərmanlarına münasibət bildirən Obama vurğulayıb  ki, insanlara dini prinsiplə yanaşmanın qəti əleyhinədir.

Qeyd edək ki,  D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.


24 Mar 2023
Dünya

Almaniyanın XİN başçısı Gürcüstanda səfərdədir

Almaniyanın xarici işlər naziri Annalena Berbok Gürcüstana ikigünlük rəsmi səfərə gəlib.

24 Mar 2023
Dünya

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ olub

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ olub.

24 Mar 2023
Dünya

Rusiyada zavodda yanğın başlayıb

Rusiyanın Aramil şəhərində zavodda yanğın başlayıb.

24 Mar 2023
Dünya

Xoyda baş verən zəlzələdə 68 nəfər xəsarət alıb

Bu gün səhər İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 68 nəfər xəsarət alıb.

24 Mar 2023
Dünya

Türkiyədə çay fabrikində güclü yanğın olub - VİDEO

Türkiyənin Artvin vilayətinin Kemalpaşa bölgəsində yerləşən çay fabrikində güclü yanğın baş verib.