Yanvarın 20-də vəzifəsini tərk edəcək ABŞ Prezidenti Barak Obama ötən bazar günü ABC teleşirkətinə verdiyi müsahibədə bildirib ki, prezidentlik dövründə onun qəbul etdiyi ən mürəkkəb qərar 2010-cu ildə 30 min Amerika hərbi qulluqçusunun Əfqanıstana göndərilməsi barədə qərar olub. Prezident vurğulayıb ki, bu addım onun seçkiqabağı vədlərinə zidd olsa da, “Taliban” hərəkatının güclənməsi səbəbindən zəruri addım idi. Onun fikrincə, Əfqanıstanda və İraqda siyasi vəziyyət yenə qeyri-sabit olduğuna görə, bu gün də həmin ölkələrdə amerikalı hərbçilərin olması zəruridir.
Obama onu da etiraf edib ki, dezinformasiya və kiberhücumların hansı nəticələrə gətirib çıxara biləcəyini, onların Qərb cəmiyyətinə necə təsir göstərə biləcəyini lazımınca qiymətləndirməyib. Prezident göstərib ki, bu təhlükənin dərəcəsini hamının anlaması üçün üçüncü ölkələrdə haker hücumları barədə kəşfiyyat məlumatlarının dərc edilməsinə icazə verib. Obama daha sonra deyib ki, bu yolla o, yaxın gələcəkdə seçkilər keçiriləcək Avropa ölkələrinə müdaxilə ehtimalı barədə xəbərdarlıq etmək istəyir.
Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdədir.
Hava şəraitinin əlverişsiz olması ilə əlaqədar Moskva aeroportlarında 54 təyyarə reysi gecikib və ya ləğv edilib.
Dünya bazarında neft qiymətləri aşağı düşüb.