Noyabr ayında OPEC ölkələrinin gündəlik neft hasilatı oktyabr ayı ilə müqayisədə 300 min barrel artaraq rekord həddə - 34,2 milyon barrelə çatıb. Bu barədə məlumat Beynəlxalq Enerji Agentliyinin (BEA) dekabr ayı üçün məruzəsində açıqlanıb.
Məruzədə deyilir: “OPEC ölkələrinin gündəlik hasilatı bir il əvvəl ilə müqayisədə 1,4 milyon barrel çoxdur”.
BEA-nın məlumatına görə, bu fonda noyabr ayında gündəlik neft təklifi də artaraq rekord həddə - 98,2 milyon barrelə çatıb, çünki OPEC üzvü olmayan ölkələrdə hasilatın azalması kartelin üzvü olan ölkələrin göstəricisinin artması hesabına tam kompensasiya olunub.
Rusiyanın Tula vilayətinin iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanın paytaxtı Bakıda səfərdədir. Tula vilayətində istehsal edilən məhsulların Azərbaycana tədarükü ilə bağlı müqavilələrin imzalanması gözlənilir.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.