Yanvarın 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziyasının Niyazi adına simfonik orkestrinin 85 illiyinə həsr olunan tədbir keçiriləcək.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Tədbirdə orkestrin yaranması, Azərbaycan Televiziyası və Radiosunda, o cümlədən ölkəmizin mədəni həyatındakı fəaliyyəti haqqında məlumat veriləcək.
Daha sonra simfonik orkestrin müşayiəti ilə xalq və bəstəkar mahnıları səsləndiriləcək.
Mədəniyyət naziri Anar Kərimov Füzuli şəhəri ilə bağlı paylaşım edib.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov ilə görüşüb.