Nijni Novqorodda Novruz şənliyi təşkil edilib

Nijni Novqorodda Novruz şənliyi təşkil edilib
23 2017 15:57

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Nijni Novqorod regional bölmələri şəhərin çoxmillətli 52 saylı orta məktəbində Novruz bayramına həsr olunmuş şənlik təşkil edib. Bu barədə ÜAK regional bölməsinin mətbuat xidməti məlumat yayıb.

Bayram şənliyinin qonaqları əvvəlcə məktəbdəki Dostluq Muzeyi ilə tanış olublar. Buradakı Azərbaycan guşəsində xalqımızın tarixini və mədəniyyətini əks etdirən eksponatlar saxlanılır. Qonaqlara “İRS”, “Baku”, “AMOR” jurnalları, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, görkəmli müğənni Müslüm Maqomayev, görkəmli alim Kərim Kərimov və digər böyük şəxsiyyətlər barədə kitablar təqdim edilib. Bundan əlavə, qonaqlar Azərbaycanın təbiətini, tarixi abidələrini, milli mətbəxini, turizm potensialını əks etdirən ədəbiyyatla və Müslüm Maqomayevin, Rəşid Behbudovun, Polad Bülbüloğlunun diskoqrafiyası ilə tanış olublar.

Bayram şənliyi məktəbin Azərbaycan bayraqları və səmənilərlə bəzədilmiş akt zalında davam edib. Məktəbin direktoru Yelena Potaşnik, ÜAK regional bölməsinin icraçı direktoru, AMOR-un koordinatoru Roman Ağayev, Nijni Novqorod şəhəri Kanavino rayon Administrasiyası başçısının müavini Anatoli Baqrov və başqaları Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan haqqında hazırlanan videoçarxlar, eləcə də “MİR” teleradio şirkətinin Azərbaycanda Novruz bayramının qeyd olunmasından bəhs edən geniş reportajı nümayiş etdirilib.

Gənc rəqqaslar Rizvan və Rəvan Ağasızadə qardaşları Azərbaycan milli rəqslərini, gənc istedad Araz Zeynalov isə Müslüm Maqomayevin və Rəşid Behbudovun mahnılarını ifa ediblər.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.