Nazirlər Kabineti “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının Tərkibi”ni yeni redaksiyada təsdiq edib.
APA-nın məlumatına görə, Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının sədri vergilər naziri, Komissiya sədrinin müavini maliyyə nazirinin müavinidir.
Komissiyanın üzvləri Dövlət Statistika Komitəsi Aparatının qiymət statistikası şöbəsinin Müdiri, Vergilər Nazirliyinin vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru, Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin müdiri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin metrologiya şöbəsinin müdiri, ı İqtisadiyyat Nazirliyinin strateji planlaşdırma və proqnozlaşdırma şöbəsi müdirinin müavini, Mərkəzi Bankının nağd pul departamentinin direktoru və Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı sədrinin müavini təsdiq ediliblər.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 1,77% artaraq 1 barelə görə 65,56 dollar təşkil edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru, general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fermer təsərrüfatı, yaşayış, sənaye və anbar sahələrində temperatur və rütubət göstəricilərinə nəzarət problemi hər zaman aktual olub. Düzgün və sabit temperatur və rütubət rejiminə riayət olunmaması qida və digər məhsulların xarab olması və yaxud istixana kimi yerlərdə meyvə-tərəvəzin tələfi ilə nəticələnə bilər. Həmçinin, temperaturun ani dəyişməsi istehsalatda qəzalar və digər təhlükəli nəticələrə gətirib çıxarır. Buna görə də bu cür nəticələrin və problemin baş verməsinin əvvəlcədən qarşısını almaq çox vacibdir.