Türkiyənin cənub-şərqində tanrıların və kralların böyük heykəllərinin yerləşdiyi və Unesco-nun ümumdünya irsinə aid etdiyi Nəmrud dağını nə qədər yaxşı tanıyırıq?
Bura tanrıların, kralların və bəzi canlıların nəhəng heykəllərinin insanı yüksəkdən izlədiyi bir məzarlıqdır.
Eramızdan əvvəl birinci əsrdə indiki Türkiyənin Adıyaman şəhəri ətrafında, Kral Birinci Antiox krallığa rəhbərlik edirdi.
O, eramızdan əvvəl 34-cü ildə ölür və Nəmrud dağının Fərat çayına tərəf baxan təpəsində daş topasının içində dəfn edilir.
Ölümündən əvvəl yazdıqlarına görə, Antiox yüksək və tərk edilmiş bir yerdə dəfn edilmək istəyirdi.
Onun, tanrıların yanında basdırılmaqla buna nail olduğunu söyləmək olar.
Bu gün Nəmrud dağının qərb tərəfində daşdan hazırlanmış bu nəhəng heykəllərin, sadəcə qalıqları və başları görünür.
Cənnət mənzərəsi
Dağın zirvəsinə çıxan dolanbaclı yolla dırmaşarkən, Toroslar şəhərinin də göründüyü möhtəşəm mənzərəni seyr etmək olar.
Nəmrud qalıqlarına Adıyaman və Malatya şəhərlərində rast gəlmək mümkündür.
Nəmrud dağının şərq yamacında tanrıların daş gövdələrini başları önlərinə düzülmüş halda görürük.
Buradakı heykəllər Kommagene krallığını əhatə edən mədəniyyətlər və dinlərin bir sintezi kimidir. Fars və zərdüşt fiqurlar yunan tanrıları ilə qarışıb.
Kral Antiox heykəlinin başı bədəninin önündə olsa da o hələ də heybətli görünür. Onun yanında bir qartal və krallığın qoruyucu tanrısı Kommagene heykəli var.
Kommagene Böyük İsgəndər imperatorluğunun parçalanması nəticəsində ortaya çıxmış krallıqlardan biridir.
Şimal-şərqi Anadoluda yerləşən bu krallıq, qərbdəki Roma və şərqdəki Parfiya krallığı arasında sıxışıb qalıb.
Dağın təpəsində Antiox üçün hazırlanmış və həm də kurqan kimi tanınan piramida məzar, 50 metr hündürlükdədir.
Antiox ana tərəfdən yunan, ata tərəfdən isə fars krallığı ilə bağlıdır.
Antiox öldükdən 106 il sonra 72-ci ildə romalılar Kommagene krallığını ilhaq edir.
Dağın təpəsindəki məzar, 1881-ci ildə alman mühəndislər tərəfindən kəşf edilənədək tanınmırdı. Heç kralın məzarı də tapılmayıb.
Lakin, tədqiqatçılar bu günkü inkişaf etmiş texnologiyaya baxmayaraq, kurqana zərər verməkdən qorxurlar.
Məzarın şərq yaxasında bir aslan heykəli əraziyə nəzarət edir.
İnsanlar burada tanrıların hüzurunda ocaq qalayıb ziyafətlər hazırlayır və onları sevindirməyə çalışırdılar.
Antiox öz heykəlini Zevs kimi tanrıların heykəllərinin yanına qoyduraraq onlara tapınan insanların duasını da qəbul etməyi düşünürdü.
Buradan Fərat çayı da uzaqdan görünür. Türkiyədə başlayan çay, Suriya və İran torpaqlarından keçir, burada Dəclə çayı ilə birləşərək Basra körfəzinə tökülür.
Nəmrud Şərqi Anadoludakı aktiv zəlzələ xəttinə də yaxındır. Unesco, qalıqların zərər görməməsi üçün ərazini nəzarət altında saxlayır.
Nəmrud dağının yüksəkliyi 2134 metrdir. Araşdırmalar, heykəllərin ay təqviminə görə müəyyən bir nizam içində olduğunu sübut edib.
Nəmrudun zirvəsi sadəcə fövqəladə heykəlləri görmək üçün deyil, möhtəşəm mənzərəni və günün batmasını izləmək üçün də mükəmməl bir yerdir.
Sosial şəbəkələrdə pişiyin hiyləgərliyini əks etdirən video böyük maraqla qarşılanıb.
Ötən gecə nadir astronomik hadisə yaşanıb.