Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Realpress.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti bir barelə görə 0,46% artaraq 51,86 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin aprel fyuçerslərinin qiyməti bir barelə görə 0,35% bahalaşaraq 48,39 dollar təşkil edib.
Rusiyanın Tula vilayətinin iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanın paytaxtı Bakıda səfərdədir. Tula vilayətində istehsal edilən məhsulların Azərbaycana tədarükü ilə bağlı müqavilələrin imzalanması gözlənilir.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.