Neftçilərin axtarışına 44 gəmi, 6 helikopter, 700-dən çox canlı qüvvə cəlb edilib FOTO

Neftçilərin axtarışına 44 gəmi, 6 helikopter, 700-dən çox canlı qüvvə cəlb edilib FOTO
21 Dek 2016 10:52

Axtarış-xilasetmə zonasının daha da genişləndirilməsilə əlaqədar olaraq, Axtarış – xilasetmə Qərargahı tərəfindən xarici bayraq altında üzən gəmilər də daxil olmaqla ərazidə olan bütün gəmilərlə və Xəzəryanı dövlətlərin Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzləri ilə mütəmadi məlumat mübadiləsi aparılmaqdadır. Sahilboyu ərazilərdə Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən də axtarış tədbirləri davam etməkdədir.

Bu barədə Trend-ə Xəzərdə itkin düşmüş neftçilərin axtarılması üçün yaradılmış Axtarış-xilasetmə Qərargahından məlumat verilib.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntıların istiqaməti, sürəti bir daha təhlil olunub və axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib. Axtarış – xilasetmə əməliyyatları uzunluğu 125 km, eni isə 108 km olan geniş ərazidə həyata keçirilir.

Axtarış – xilasetmə əməliyyatları çərçivəsində Fövqəladə Hallar Nazirliyi Kinoloji xidmətinin xilasediciləri, Xəzər – Zirə (Bulla) adasına sahiliboyu baxış həyata keçirib. Bundan əlavə Dövlət Neft Şirkətinin Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları da xilasetmə əməliyyatlarına cəlb olunub.

Əməliyyatlar, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv şəkildə davam etdirilməkdədir.

Qedy edək ki, Xəzərdə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyiti tapılıb. Bu, İlham Əlihüseyn oğlu Qafarovun meyitidir. “Meyit “Ələt-41”-in ərazisində tapılıb.







21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.