Martın 30-da axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməyədək olan hissəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən açıqlama verilib.
Buna görə də göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Bu gün paytaxtda velosiped infrastrukturu demək olar ki, yoxdur. Lakin qarşıda velosiped zolaqlarının çəkilməsi nəzərdə tutulur.
Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib.
“Böyük hünərlərlə zəngin olan illərin sırasında bütün dünyanın həyat ahəngini pozan pandemiya metropolitenimizin normal fəaliyyəti qarşısında ciddi əngəllər yaradıb”.