SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neft Daşları” yatağında “Neftqaztikinti” Tresti tərəfindən yeni İriləşdirilmiş Seperasiya Qurğusu inşa olunacaq.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “28 May” adına neft və qazçıxarma idarəsinin (NQÇİ) istismar edəcəyi nəzərdə tutulan bu qurğu yeni inşa olunacaq estakadayanı meydança üzərində yerləşdiriləcək. Qurğunun texnoloji parametrlərinə fasiləsiz nəzarətin təmin edilməsi məqsədilə nəzarət ölçü cihazları, eyni zamanda, avtomatika və yanğından mühafizə sistemləri, drenaj bloku, bütün digər zəruri texnoloji avadanlıqlar quraşdırılacaq, neft, qaz və texniki su xətləri çəkilərək mövcud sistemlə əlaqələndiriləcək.
İriləşdirilmiş Seperasiya Qurğusu sutkada 13 min kubmetr neft, 3 min 500 kubmetr suyu, həmçinin 100 min kubmetrədək qazı qəbul etmək gücünə malik olacaq.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.