Nə üçün insanlar yaşa dolduqca daha az risk edirlər?

Nə üçün insanlar yaşa dolduqca daha az risk edirlər?
29 Dek 2016 17:31

Gənclər daha çox impulsiv və riskə meyilli olsalar da, illər keçdikcə onlarda bu xüsusiyyət yoxa çıxır. London Universitet Kolleci alimlərinin fikrincə, bu, insan yaşa dolduqca beyində dopamin adlı kimyəvi maddənin miqdarının təbii olaraq azalması ilə əlaqədardır.

AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, sınaq zamanı 20 mindən çox adam xüsusi hazırlanmış oyun oynayıb. Tədqiqatçılar aşkar ediblər ki, bütün yaşlarda oyunçular xal itirməmək üçün riskli avantüraya əl atıblar. Lakin 18-24 yaş arasında oyunçular xal udmaq məqsədilə 60-69 yaşlı oyunçulardan daha çox risk ediblər.

Alimlər xəbərdarlıq edirlər ki, dopaminin azalması insanı ehtiyatlı davranmağa gətirib çıxardığı halda, onun artması əks-təsir göstərə bilər. Məsələn, dopaminin çoxluğu impuls nəzarətinin pozulmasına səbəb olar, o cümlədən qumar oyunlarına maraq oyadar, qarınqululuğa və kompulsiv seksual davranışa gətirib çıxara bilər.


13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.