Mütəxəssislər bildiriblər ki, insanlar eyni musiqi əsərlərinə fərqli reaksiya verirlər.
Danimarkanın Orhus Universiteti əməkdaşlarının sözlərinə görə, onlar kompleks layihələrin həyata keçirilməsi sayəsində maraqlı qanunauyğunluq qeydə alıblar. Tədqiqatlarda onların Finlandiyanın Helsinki Universitetindən olan həmkarları fəal iştirak ediblər. AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, tədqiqatın nəticəsi “Neuroscience” jurnalında dərc edilib.
Məlum olub ki, küy və musiqi insanların davranışına və kəllə beyninin fizioloji quruluşuna təsir göstərir. Bu, ilk növbədə, dofaminin əmələ gəlməsi ilə bağlıdır. Tədqiqatçılar bildiriblər ki, insanın əhval-ruhiyyəsini və emosional durumunu məhz bu neyromediator müəyyən edir.
Alimlərin keçirdiyi yeni eksperimentlər göstərib ki, GG və GT genotipli insanlar musiqini fərqli dərk edirlər. Səs kompozisiyasını dinlədikdən sonra GG genotipli adamın əhval-ruhiyyəsi yaxşılaşır, GT genotipli adamın ovqatı isə pisləşir.
Koronavirusa yoluxduqdan sonra qoxu və dadbilmə hissi dəyişə, yaxud yox ola bilər. Onları bərpa etmək üçün spirt, xardal və ya istiot istifadə etməməlisiniz.
2 yanvarda Yerlə Günəş arasındakı məsafə il ərzində ən yaxın vəziyyətdə olacaq. Bu səbəbdən Günəş diskinin görünən diametri iyul ayına nisbətən təxminən 3 faiz daha böyük müşahidə ediləcək.
COVID-19 pandemiyasına görə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər, o cümlədən onlayn təhsilə keçid uşaqların psixi sağlamlığına mənfi təsir edə bilər, lakin bunun uzunmüddətli nəticələri hələ araşdırılmalıdır.