Dünən Bakıda və Abşeron yarımadasında günorta saatlarında müşahidə edilən temperatur iqlim normasından 2 dərəcə yüksək olub.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, sonuncu dəfə aprelin 9-da Bakıda və Abşeron yarımadasında belə isti hava şəraiti 2012-ci ildə müşahidə edilib. Lakin həmin zaman qeydə alınan temperatur dünənki temperaturdan da yüksək olub.
A.Verdiyev dünənki isti, eləcə də bugünkü soyuq hava şəraitinin aprel ayı üçün xarakterik olduğunu, ayrı-ayrı illərdə belə halların müşahidə edildiyini və anomal hesab edilmədiyini söyləyib:
“Aprel ayında bundan da isti günlər olub. Havanın dünənki istidən sonra belə soyuması aprel ayı üçün xarakterik olan bir haldır. Apreldə belə dəyişkən hava şəraiti tez-tez müşahidə edilir”.
Qeyd edək ki, dünən Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 21 dərəcəyədək isti qeydə alınıb.
Bu gün havanın temperaturunun gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Azad olunan ərazilərdə mayın 5-dən 11-nə qədər 32 tank əleyhinə mina, 45 piyada əleyhinə mina, 274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları"nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.
Baş prokuror Kamran Əliyev paytaxtın Nizami rayonunda vətəndaşları qəbul edəcək.