Nazirlik: “Otman bozdağ” vulkanı bu gün 4-cü dəfə püskürdü

Nazirlik: “Otman bozdağ” vulkanı bu gün 4-cü dəfə püskürdü
07 2017 10:34

“Bakının Qaradağ rayonunun Sahil qəsəbəsindən 10 km məsafədə yerləşən (Qaradağ dəmiryolu stansiyasından 5 km şimal-qərbdə) və bu gün püskürən “Otman bozdağ” palçıq vulkanı artıq sönüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vulkanlar qoruğunun direktoru Ceyhun Paşayev Trend-ə bildirib ki, buna baxmayaraq, təhlükəsizlik baxımından yaxın günlərdə həmin vulkana qalxmaq tövsiyə olunmur.

C.Paşayev deyib ki, “Otman bozdağ” palçıq vulkanının aktiv püskürməsi saat 1-2 radələrində qeydə alınıb. Çox aktiv vulkan olmayan “Otman buzdağ”da indiyədək 3 püskürmə qeydə alınıb. Vulkanda ilk püskürmə 1845, 2-cü püskürmə 1951-ci il, 3-cü püskürmə 1961-ci ildə olub: “Bu vulkan ”vəhşi”, aktiv vulkan hesab olunmur. Vulkan püskürən zaman onun odunun hündürlüyü maksimum 50-60 metr olur. Vulkan kəsilmiş konus şəklindədir, diametri 300 metdir. Vulkanın 90-100-ə yaxın qrifonu var. Vulkandan çıxan tullantı məhsullarının sahəsi 1000 hektardan artıqdır. Tullantıların orta qalınlığı çox, yəni 120 metdir.

Vulkanın yaxınlığında yaşayış evlərinin olmadığını deyən C.Paşayev hazırda ərazidə ölçmə işlərinin aparıldığını qeyd edib.


30 Noy 2023
Cəmiyyət

Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar - SİYAHI

Xankəndidəki Qarabağ Universitetində tədris olunacaq ixtisaslar açıqlanıb.

30 Noy 2023
Cəmiyyət

Ceyhun Bayramov isveçli həmkarı ilə regional məsələləri müzakirə edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopyedə İsveçin xarici işlər naziri Tobias Billströmlə görüşüb.

30 Noy 2023
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

30 Noy 2023
Cəmiyyət

Növbəti köç karvanı Laçın şəhərinə çatdı

Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.