Nazirlik rəsmisi siqaretlərin satışı zamanı yaranan problemlərdən danışdı

Nazirlik rəsmisi siqaretlərin satışı zamanı yaranan problemlərdən danışdı
02 2017 13:34

2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara əsasən, ölkə ərazisində tütün məmulatlarının satışının nağdsız qaydada həyata keçirilməsi təsbit edilib.

Lakin bəzi iri topdansatış müəssisələri siqaretin nağdsız şəkildə satılmasına maraq göstərmir. Bu da eyni zamanda siqaretin satışında süni problemlər yaratmaq cəhdləri ilə nəticələnir.

REALPRESS.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov müsahibəsində bu aktual mövzuya toxunub.

Onun sözlərinə görə, qanuna əsasən, həmin məhsulların pərakəndə satışı istisna olmaqla, alqı-satqısı yalnız nağdsız qaydada aparılmalıdır. Pərakəndə satış mağazaları siqaret aldıqları topdansatış müəssisəsinin bank hesabına pul köçürməli, yaxud əməliyyatları bank kartları vasitəsilə həyata keçirməlidir.

Qanunvericiliyin təkmilləşdirilməsinin əsas məqsədi aksizli malların satışı sahəsində şəffaflığa, ticarət obyektlərində uçot işinin düzgün təşkilinə nail olmaqdır. Bəzi pərakəndə satış obyektləri topdansatış şəbəkələrindən siqaret ala bilmədiklərini, firmaların kiçik sahibkarları siqaretlə təmin etmədiklərini iddia edirlər. Nəticədə isə mağazalarda siqaret qıtlığı yaranır.

Şamil Ərəbov deyib ki, tütün məmulatlarının nağdsız qaydada satışı 2016-cı ilin yanvarından nəzərdə tutulsa da, dövlət bu sahənin ticarəti ilə məşğul olanlara güzəşt edərək onlara 1 il müddət verdi. Bu, həmin malları satanların yeni qaydalara uyğunlaşmaq üçün hazırlıq müddəti idi.

Aparılan məlumatlandırma-təşviqat tədbirlərinə və yaradılmış bütün imkanlara baxmayaraq, ictimai iaşə, topdan və pərakəndə ticarət obyektləri, aksizli malların (tütün məmulatları) satışı ilə məşğul olan bəzi sahibkarlar fəaliyyətlərini yenə də qanun çərçivəsində qurmur və nağdsız hesablaşmalara keçmirlər. Siqaretin satışında süni problemlər yaratmaq cəhdlərinin kökündə də məhz bu amillər dayanır.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.