Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin baş nazirinin birinci müavini, İqtisadi inkişaf və ticarət naziri Stepan Kubivlə görüşüb.
Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanla Ukrayna arasındakı iqtisadi, ticari, elmi, mədəni, idman, turizm və regional əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri geniş müzakirə edilib. Rəsmi Kiyevin Azərbaycanla çoxşaxəli əlaqələrin inkişafina xüsusi önəm verdiyini bildirən S.Kubiv beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan iki ölkənin sosial-iqtisadi sferada daha səmərəli əməkdaşlıq etməsinin zəruriliyini qeyd edib.
Baş nazirin birinci müavini bu yaxınlarda Azərbaycanda işgüzar səfərdə oldugunu, son illər ölkəmizdə həyata keçirilən qlobal, sosial, iqtisadi islahatlar, xüsusən də, beynəlxalq standartlara cavab verən yol və infrastruktur layihələrinin səmərəli nəticələrindən danışıb. Ukraynanın 2017-ci ilin dövlət büdcəsində bir çox sahələrlə yanaşı, beynəlxalq əhəmiyyətli yolların və digər infrastruktur layihələrinin həyata keçirilməsinə lazımi maliyyə vəsaitinin ayrıldığını diqqətə çatdıran S.Kubiv bu layihələrin gerçəkləşdirilməsində Azərbaycanın təcrübəli şirkətlərinin və iş adamlarının cəlb olunmasının vacibliyini vurğulayıb. Bu layihələrdə iştirak etmək istəyən təcrübəli Azərbaycan şirkətlərinə Ukrayna hökumətinin hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.
Səfir A.Xudiyev son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan uğurlu islahatlar, bölgədə həyata keçirilən qlobal iqtisadi layihələr haqqında ətraflı məlumat verib. O qeyd edib ki, ötən dövr ərzində Azərbaycanda müasir idman və mədəniyyət kompleksləri, mehmanxana şəbəkələri, ticarət və əyləncə mərkəzləri, modern istirahət parkları inşa olunub. Beynəlxalq standartlara cavab verən yol və körpü layihələri reallaşdırılıb. Gələn ildən Ukraynada böyük infrastruktur layihələrinin həyata keçirilməsinin nəzərdə tutulduğunu alqışladığını bildirən səfir A.Xudiyev təcrübəli Azərbaycan şirkətlərinin bu layihələrdə iştirakını təmin etmək üçün dəstəyini əsirgəməyəcəyini vurğulayıb. Görüş zamanı ikitərəfli əlaqələrin gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.