Ankara Azərbaycanla gömrük prosedurlarının sadələşdirilməsini və Rusiya ilə Türkiyə arasında mövcud dəhliz kimi "yaşıl dəhliz" yaradılmasını qarşısına hədəf qoyub.
Bunu Trend-ə eksklüziv açıqlamasında Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkçi deyib.
Nazir deyib ki, gömrük və ticarət nazirliyi Türkiyənin rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə türk məhsullarının yeni bazarlara çıxması üçün gömrük prosedurlarını sadələşdirmək və sürətləndırmək niyyətindədir:
"Türkiyə ticarət prosedurlarının sadələşdirilməsi ÜTT sazişinə də qoşulub. Bu, bizim iş adamları üçün böyük imkanlar yaradır”.
Onun sözlərinə görə, yaxın illərdə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması nəzərdə tutulur.
Nazir qeyd edib ki, Azərbaycan Türkiyə iqtisadiyyatına investisiya qoyan Mərkəzi Asiya və Qafqaz ölkələri arasında liderlik edir:
“Əsas investor Azərbaycan Dövlət Neft Şirkətidir. Türkiyə və Azərbaycan TANAP-ın ən iri investorlarındandır. Bundan başqa, Azərbaycan hotel biznesi, xəstəxana tikintisi və tibbi sahələrdə investisiyalara malikdir.”
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.