Nazir: Sığorta-pensiya sistemində islahatlar üçün yeni strategiya hazırlanır

Nazir: Sığorta-pensiya sistemində islahatlar üçün yeni strategiya hazırlanır
11 2017 09:05

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının direktoru Yevgeni Ametov və direktor müavini Yelena Seleverstova ilə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda iqtisadi inkişaf proseslərinin ilk növbədə sosial ədalət prinsipinin təminatına xidmət edən güclü sosial siyasətlə tamamlandığını diqqətə çatdırıb.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlərin əhalinin sosial müdafiəsi istiqamətində də mühüm irəliləyişlərlə müşahidə olunduğunu vurğulayıb. S.Müslümov bildirib ki, son 12 ildə iqtisadiyyatın 3 dəfədən çox, o cümlədən qeyri-neft sənayesinin 2,6 dəfə artdığı ölkədə sosial təminat sisteminin də dəfələrlə gücləndirilməsi şəraitində bu sistemin mühüm komponenti olan pensiyalarda da 10,5 dəfə artım qeydə alınıb: “Dünya Bankının ekpertlər qrupunun qiymətləndirmələri nəticəsində Azərbaycanda sosial müdafiə sisteminin yaxşı struktura və yeni çağırışlara cavab vermək potensialına malik olduğu vurğulanaraq, ölkədə pensiya təminatı yoxsulluğun azaldılmasında ən səmərəli vasitə kimi dəyrələndirilib”.

S.Müslümov ölkəmizin əmək və sosial müdafiə sahələrində yaradılmış avtomatlaşdırılmış sistemlər, o cümlədən əmək müqavilələrinin elektron qeydiyyatı sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi, avtomatlaşdırılmış pensiya təminatı sistemi barədə məlumat verib. Nazir bu sistemlərin müvafiq sahələr üzrə əhaliyə xidmətlərin elektron müstəvidə tam şəffaf şəkildə təşkilinə imkan verdiyini qeyd edərək bildirib ki, 2006-cı ilin əvvəlindən ölkədə beynəlxalq standartlara cavab verən, elektron texnologiyalar üzərində qurulmuş müasir sığorta-pensiya sistemi fəaliyyət göstərir: “Sistem pensiyaların məbləğinin hər kəsin ödəmiş olduğu sığorta haqlarına, sistemə verdiyi paya uyğun müəyyənləşdirilməsi prinsipinə əsaslanır ki, bu da dünyada ən ədalətli bir istiqamət kimi qəbul olunur. Həmçinin Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb. Hazırda ölkəmizin sığorta-pensiya sistemi beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Əldə olunan uğurların davamı kimi, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) ötən ilin aprelində keçirlən Avropa Regional Sosial Təminat Forumunda ƏƏSMN-nin “Çağrı Mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı” xidməti BSTA-nın Müsbət Təcrübə üzrə Fəxri Diplomuna layiq görülüb”.

Nazir sığorta-pensiya sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə islahatların davam etdirilməsi üçün yeni strategiyanın da hazırlandığını diqqətə çatdırıb. S.Müslümov digər mötəbər beynəlxalq təşkilatlar kimi, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə də əməkdaşlığın genişləndirlməsinə xüsusi önəm verildiyini vurğulayıb.

Y.Ametov və Y.Seleverstova Azərbaycanda sosial müdafiə sisteminin dünyanın qabaqcıl təcrübəsi səasında inkişaf etdirilməsi üçün aparılan islahatları maraqla izlədiklərini və əldə olunan müsbət nəticələri məmnunluqla qarşıladıqlarını bildiriblər. Onlar ölkəmizin Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə ötən dövrdə həyata keçirdiyi əməkdaşlığın təqdirəlayiq səviyyədə olduğunu vurğulayıblar.

Görüşdə əməkdaşlığın mövcüd vəziyyəti və gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.


7 İyun 2023
Cəmiyyət

Baş nazir Əli Əsədov Mixail Mişustinin dəvəti ilə Soçiyə işgüzar səfərə gedib

İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Soçiyə işgüzar səfərə gedib.

7 İyun 2023
Cəmiyyət

Ceyhun Bayramov Slovakiya Milli Şurasının sədri ilə görüşüb - YENİLƏNİB + FOTO

Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində Slovakiya Milli Assambleyasının sədri Boris Kollar ilə görüşüb.

7 İyun 2023
Cəmiyyət

Kəmaləddin Heydərov Türkiyənin yeni daxili işlər nazirini təbrik edib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş Türkiyə Respublikasının yeni daxili işlər naziri Ali Yerlikayaya vəzifəyə təyin olunması münasibətilə təbrik məktubu göndərib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, məktubda A.Yerlikayaya yeni vəzifəsində uğurlar arzulayan K.Heydərov iki ölkənin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə əminlik ifadə edib.

7 İyun 2023
Cəmiyyət

Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası keçirilib

Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Konfransının 111-ci sessiyası keçirilir.

7 İyun 2023
Cəmiyyət

Ağsu və Kürdəmirdə qaz kəsiləcək

Bu gün Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.