Nazir tapşırıq verdi

Nazir tapşırıq verdi
23 2017 12:02

Azərbaycan təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” 2016-cı il 9 dekabr tarixli 497 nömrəli qərarının icrası barədə əmr verib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, əmrdə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 dekabr 2016-cı il tarixli 497 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilməsi tapşırılıb.

Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri müdirlərinə, Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələri direktorlarına tapşırılıb ki, qaydaya dəyişiklik barədə pedaqoji kollektivlərə müvafiq izahatlar verilsin. Əmrə görə, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsi, Təhsilin inkişafı proqramları şöbəsi, Daxili nəzarət şöbəsi yerlərdə ümumi icbari təhsilin yerinə yetirilməsinə nəzarəti gücləndirib, bununla bağlı rəhbərliyə təkliflərini bildirsinlər.


12 Fev 2025
Cəmiyyət

Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti hissəsi yola salınıb

Azərbaycandan Ukrayna üçün nəzərdə tutulan humanitar yardımın növbəti hissəsi yola salınıb.

12 Fev 2025
Cəmiyyət

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

12 Fev 2025
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

12 Fev 2025
Cəmiyyət

Qızılın qiyməti yeni rekord vurdu

Nyu-York Ticarət Birjasının "Comex" bölməsində aprel fyuçersləri üzrə qızılın qiyməti tarixi maksimumunu yeniləyərək 1 troy unsiyası üçün 2 950 dollar həddini keçib.

12 Fev 2025
Cəmiyyət

İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun fevralın 14-də Xaçmaz şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.