Naxçıvanlı gənclər ingilis dilində yeni informasiya saytı yaradıblar

Naxçıvanlı gənclər ingilis dilində yeni informasiya saytı yaradıblar
31 2017 14:49

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində ingilis dilində nakhchivantoday.com saytının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə saytın yaradıcı heyətindən Emil Səmədov çıxış edərək nakhchivantoday.com saytının bir aydır fəaliyyət göstərdiyini bildirib. Bu müddət ərzində saytın dizaynı, tərtibatı, məlumatların yerləşdirilməsi və digər təkmilləşdirmə işləri aparılıb. Saytda “Xəbərlər”, “Videoarxiv”, “Mədəniyyət”, “İdman”, “Turizm”, “Dahi”, “Naxçıvan bu gün”, “Qan yaddaşı” bölmələri yaradılıb. Naxçıvanla bağlı xarici vətəndaşları maraqlandıran aktual mövzular üçün “Köşə yazıları” bölməsi də var. Emil Səmədov qeyd edib ki, istifadəçilər sayt vasitəsilə tariximiz, muxtar respublikanın turizm potensialı, ümumilikdə, ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən yeniliklər barədə geniş məlumat alacaqlar. Həmçinin saytın android istifadəçiləri üçün mobil proqramı və sosial şəbəkələrdə səhifələri də mövcuddur.

Sonra saytın təqdimatı ilə bağlı slayd nümayiş olunub, Naxçıvanda təhsil alan xarici tələbələrin muxtar respublika ilə bağlı fikirləri tədbir iştirakçılarına təqdim edilib.

Naxçıvan Turizm və İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova, AMEA Naxçıvan Bölməsinin elmi işçisi Elxan Məmmədov və “Oğuz səsi” qəzetinin redaktoru Şəhla Nəbiyeva çıxışlarında qeyd ediblər ki, müasir texnologiya əsrinin ən əsas xüsusiyyətlərindən biri də insanlara məlumatların qısa vaxt ərzində dolğun və operativ şəkildə çatdırılmasıdır. Bu tələblər əsasında qurulan nakhchivantoday.com saytı gəncləri öz ətrafında birləşdirməklə onların yaradıcılıq potensialını üzə çıxaracaq, Naxçıvan reallıqlarını, muxtar respublikanın mədəni və turizm imkanlarını təbliğ edəcək.

Daha sonra saytın ərsəyə gəlməsində iştirak edən gənclər səhnəyə dəvət olunublar. Onlar çıxış edərək bildiriblər ki, saytın yaradılmasında əsas məqsəd Naxçıvanı dünyaya tanıtmaq, xarici vətəndaşlara muxtar respublikanın turizm potensialı barədə geniş məlumat verməkdən ibarətdir.

 


15 İyul 2025
Cəmiyyət

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

15 İyul 2025
Cəmiyyət

Ağdamın daha iki kəndində TİKİNTİ BAŞLAYIR

"Gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək".

15 İyul 2025
Cəmiyyət

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub.

15 İyul 2025
Cəmiyyət

Cəlilabadda meşədə yanğın başlayıb

Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb.