Naxçıvanın 2017-ci il dövlət büdcəsi təsdiq edilib

Naxçıvanın 2017-ci il dövlət büdcəsi təsdiq edilib
08 2017 17:32

Yanvarın 7-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında “Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi” təsdiq olunub.

REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirləri 69 milyon 500 min manat, xərcləri 348 milyon 400 min manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 278 milyon 900 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 47 milyon 288 min manat, yerli gəlirləri 22 milyon 212 min manat və mərkəzləşdirilmiş xərcləri 324 milyon 374 milyon manat, yerli xərcləri 24 milyon 26 min manat) məbləğində təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsinin gəlirləri 53 milyon 300 min manat, xərcləri 135 milyon 50 min manat, gəlir və xərcləri tənzimləmək üçün Dövlət Sosial Müdafiə Fondundan ayrılan dotasiya 81 milyon 750 min manat məbləğində təsdiq edilib.


18 Mar 2023
Cəmiyyət

B12 vitamini ilə zəngin qidalar – SİYAHI

Vitamin B12 elə bir vitamindir ki, bədən onu istehsal edə bilmir. 

18 Mar 2023
Cəmiyyət

Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib - FOTO

2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

18 Mar 2023
Cəmiyyət

FHN: Ötən sutka 38 yanğına çıxış olub, 5 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

18 Mar 2023
Cəmiyyət

Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb

Slovakiya və Ukrayna “MiQ-29” qırıcılarının Kiyevə təhvil verilməsi haqqında saziş imzalayıb.