Naxçıvanda turizmin daha da inkişaf etdirilməsi üçün hər cür şərait mövcuddur

Naxçıvanda turizmin daha da inkişaf etdirilməsi üçün hər cür şərait mövcuddur
09 Dek 2016 15:32

Muxtar respublikada ən ucqar dağ kəndlərinə də rahat yollar, qaz və su xətləri çəkilib, müasir infrastruktur yaradılıb. Buna görə Naxçıvanda istər yay, istərsə də qış turizminin daha da inkişaf etdirilməsi üçün hər cür şərait mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan şəhərində yerləşən Naxçıvan Turizm İnformasiya Mərkəzində muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransda səsləndirilib.

Muxtar respublikada fəaliyyət göstərən turizm firmalarının nümayəndələri ilə yanaşı, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin tələbələrinin də iştirak etdiyi tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Gülbuta Babayeva qədim diyarın turizm imkanları barədə ətraflı söhbət açıb. Bildirib ki, Naxçıvanın qədim tarixə və zəngin mədəniyyətə malik olması, yüksək qonaqpərvərlik ənənələri, füsunkar təbiəti, özünəməxsus mətbəxi muxtar respublikada turizmin inkişafına geniş şərait yaradıb. Bu gün diyarımızın turizm potensialının təbliği istiqamətində ardıcıl iş aparılır. Naxçıvanın tarixi, mədəniyyəti, turizm marşrutları, mətbəxi, adət-ənənələri ilə bağlı onlarla adda reklam-informasiya materialları hazırlanıb, reklam çarxları və filmlər çəkilib.

Gülbuta Babayeva muxtar respublikada turizmin inkişafına göstərilən diqqət nəticəsində qədim diyara gələn turistlərin sayının hər il daha da artığını deyib. Qeyd edib ki, 1995-ci ildə muxtar respublikaya 40 minə yaxın turist gəlmişdisə, 2016-cı ilin 10 ayında onların sayı 328 min 213 nəfər olub. 2001-ci ildə muxtar respublikada 5 mehmanxana, 180-ə yaxın nömrə fondu, 317 yer var idisə, bu gün yerləşdirmə obyektlərinin sayı 21, nömrə fondu 600-ə yaxın, yer sayı 1400-dən çoxdur.

Mövcud reallıqları əhəmiyyətli perspektivlərə çevirməyin mümkün olduğunu vurğulayan muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri diqqətə çatdırıb ki, bu məqsədlə keçirilən bugünkü konfrans gələcəkdə turizm rekreasiya imkanlarından istifadəyə öz müsbət təsirini göstərəcək.

Sonra muxtar respublikanın İqtisadiyyat Nazirliyi aparatının rəhbəri Anar Cəfərov “Naxçıvan Muxtar Respublikasında turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri”, Səhiyyə Nazirliyi aparatının rəhbəri Nihad Seyidov “Muxtar respublikada səhiyyə turizminin inkişafı: reallıqlar və perspektivlər”, Rabitə və Yeni Texnologiyalar Nazirliyi aparatının rəhbəri Əqil Həsənov “Muxtar respublikada turizmin inkişafında informasiya texnologiyalarının rolu”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Şövqi Əliyev “Naxçıvan Muxtar Respublikasının təbiəti və ekoturizm rekreasiya siyasəti” mövzularında çıxış ediblər.

Bildirilib ki, bu gün muxtar respublikada müalicə turizminin daha da inkişaf etdirilməsi üçün çox münbit şərait var. Naxçıvanın münbit torpaqları, saf su mənbələri, təmiz havası və zəngin dərman bitkiləri, bol Günəş – bütün bunlar ekoloji turizmin inkişafı üçün də hərtərəfli imkanlar açır. Qədim diyarımızda iqtisadiyyatın inkişafı turizm sahəsinə müsbət təsirini göstərməkdədir. Süfrələrin bəzəyi olan “Badamlı” və “Sirab” mineral sularının istehsalı, yeyinti sənayesinin yüksək səviyyədə inkişaf etdirilməsi bu sahədə imkanlarımızın geniş olduğunu göstərir. Qədim diyarımızla bağlı müxtəlif suvenirlərin, hədiyyələrin hazırlanması da turizmin inkişafı istiqamətində atılan addımlardandır.

Vurğulanıb ki, sosial şəbəkələrdə muxtar respublikanın tarix və mədəniyyət abidələri, turizm firmaları haqqında məlumatların yayılması və həmçinin internet resurslarından səmərəli istifadə vasitəsilə turizm potensialının təbliği müsbət nəticələr verməkdədir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.