Naxçıvanda növbəti ödənişsiz xarici dil kurslarına fevral ayından start veriləcək

Naxçıvanda növbəti ödənişsiz xarici dil kurslarına fevral ayından start veriləcək
24 2017 16:48

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Gənclər Fondu tərəfindən təşkil edilən növbəti xarici dil kurslarına fevral ayından start veriləcək.

Fonddan AZƏRTAC-a bildirilib ki, kurslarda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Belə ki, iştirakçılar qeydiyyatdan keçdikləri tarixə uyğun olaraq, növbəlilik prinsipi əsasında kurslarda iştirak etmək üçün çağırılırlar. Hazırda yeni kurslarda iştirak etmək istəyənlərin qeydiyyatı hər gün iş vaxtı Naxçıvan şəhərindəki Gənclər Mərkəzində aparılır.

Kursların müddəti beş aydır və həftədə üç dəfə müasir avadanlıqlarla təchiz edilmiş linqafon kabinələrdə tədris edilir.

Kursun sonunda iki mərhələdən ibarət imtahan keçirilir. Birinci mərhələdə yazı və şifahi nitq vərdişləri, ikinci mərhələdə isə bütün proqramı əhatə edən elektron imtahan götürülür. İmtahanları müvəffəqiyyətlə keçənlərə sertifikatlar təqdim edilir.

Qeyd edək ki, 2014-cü ilin aprel ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun təşkilatçılığı ilə Gənclər Mərkəzində ingilis, rus və fransız dilləri üzrə pulsuz hazırlıq kursları təşkil olunur. Dövlət vəsaiti hesabına təşkil olunan kurslarda iştirak etmək üçün bu günədək 1500-ə yaxın gənc qeydiyyatdan keçib. Onların 200-dən çoxu kurslarda iştirak edib, 100-ə yaxın gənc kursu müvəffəqiyyətlə bitirərək sertifikat alıb.


15 İyul 2025
Cəmiyyət

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

15 İyul 2025
Cəmiyyət

Ağdamın daha iki kəndində TİKİNTİ BAŞLAYIR

"Gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək".

15 İyul 2025
Cəmiyyət

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub.

15 İyul 2025
Cəmiyyət

Cəlilabadda meşədə yanğın başlayıb

Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb.