Naxçıvan və Qəbələdən BƏƏ-yə reyslərin açılması müzakirə olunur

Naxçıvan və Qəbələdən BƏƏ-yə reyslərin açılması müzakirə olunur
13 Dek 2016 16:38

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov Füceyrə Əmirliyinin hakimi Şeyx Həməd bin Məhəmməd Əl Şərqi ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş üçün Füceyrə hakiminə təşəkkürünü bildirən səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını ona çatdıraraq, dövlətimizin başçısının dost BƏƏ ilə əlaqələrini daha da yüksəltmək, eləcə də qarşılıqlı əməkdaşlığı bütün sahələrdə, xüsusən də ticari-iqtisadi, turizm və investiya sahələrində artırmaq arzusunda olduğunu xüsusilə qeyd edib.

Azərbaycan Prezidentinin BƏƏ vətəndaşlarına münasibətdə viza rejiminin sadələşdirilməsi barədə göstərişini xatırladan D.Şikarov bu mühüm addımın dost ölkədən turist axınının 25-30 dəfə artdığını bildirərək, Azərbaycan Hava Yolları “AZAL” və “Fly Dubai” tərəfindən Dubay-Bakı-Dubay istiqamətləri üzrə birbaşa həftəlik uçuşların 4 dəfə çoxalaraq 28 uçuşa çatdığını Şeyx Həməd bin Məhəmmədin diqqətinə çatdırıb, 2017-ci ilin mart ayının 16-dan etibarən Şarca Əmirliyinə məxsus “Air Arabia” aviaşirkətinin Şarca-Bakı-Şarca reyslərinə başlayacağını məlumat üçün bildirib.

Həmçinin, Naxçıvan və Qəbələ haqqında dolğun bəhs etdikdən sonra səfir Füceyrə Əmirliyindən həmin istiqamətlər üzrə reyslərin təsis olunması məsələsini nəzərdən keçirməyi Şeyx Həməd bin Məhəmməddən xahiş edib.

Sonra milli iqtisadiyyatımızın müstəqilliyin 25 ili ərzində keçdiyi inkişaf yolundan söhbət açan səfir ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən geniş danışıb.

Ümummilli lider Heydər Əliyevin demokratik dəyərlər və hərtərəfli islahatlar üzərində uzunmüddətli inkişaf modelini qurduğunu Şeyx Həməd bin Məhəmmədin nəzərinə çatdıran səfir Heydər Əliyevin müəllifi olduğu neft-qaz strategiyası barədə müfəssəl məlumatlar verərək, həmin strategiya çərçivəsində Azərbaycan neftinin Avropa bazarlarına nəqli məqsədilə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkildiyini və 2006-cı ildən etibarən işə düşdüyünü qeyd edib, bu gün ölkəmizdə TAP və TANAP, eləcə də “Böyük İpək Yolu” və Şimal-Cənub kimi müvafiq olaraq nəhəng qlobal qaz və nəqliyyat layihələrinin gerçəkləşdirildiyini deyib.

Respublikamızın əsas etibarı ilə son 15 il ərzində dinamik inkişaf etdiyini xüsusilə qeyd edərək, D.Şikarov Azərbaycan hökumətinin münbit investisiya mühiti yaratdığını, xarici kapitalın dövlət tərəfindən qorunduğunu qabardıb və fürsətdən istifadə edərək, Füceyrə işgüzar dairələrini ölkəmizin kənd təsərrüfatı, turizm və digər sektorlara investisiya yatırmağa dəvət edib.

Daha sonra səfir Füceyrə Əmirliyində Azərbaycan dövlət investisiyaları üçün yaradılmış şəraitə görə hakimə minnətdarlığını ifadə edib.

Öz növbəsində, Füceyrə hakimi Azərbaycan Prezidenti İlham Əliyevin salamlarına və xoş arzularına görə təşəkkürünü, eləcə onun salamlarını və səmimi diləklərini Azərbaycan rəhbərinə çatdırılmasını xahiş edib.

Şeyx Həməmd bin Məhəmməd Ərəb Əmirliklərinin dost Azərbaycanla sıx dostluq əlaqələrində olduğunu məmnunluqla dilə gətirərək, cari ilin fevral ayında Azərbaycan liderinin ölkəyə rəsmi səfərə gəldiyini və ölkə rəhbərliyi ilə olduqca faydalı görüşlər keçirdiyini xatırlayıb və ikitərəfli əlaqələrin daha da inkişaf etməsini və genişlənməsini arzu edib.

O, 2012-ci ilin 28 iyun-1 iyul tarixlərində Bakıda keçirilmiş 23-cü Krans Montana Forumunda oğlu, Əmirliyin vəliəhdi Şeyx Məhəmməd bin Həməd bin Məhəmməd Əl Şərqinin iştirak etdiyini yada salaraq, vəliəhdin son dərəcə yüksək təəssüratlarla qayıtdığını və Azərbaycanın paytaxt Bakı ilə yanaşı, regionlarının da quruculuq və abadlıq işlərinin şahidi olduğunu ondan öyrəndiyini diqqətə çatdırıb, bütün bunların xalqın iradəsi ilə hakimiyyəti çox uğurla idarə edən, habelə dahi şəxsiyyət tərəfindən təməli qoyulmuş müdrik siyasi xətti uğurla davam etdirən İlham Əliyevin sayəsində mümkün olduğuna diqqət çəkib.

Ardınca Füceyrə hakimi Azərbaycan hökuməti ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq etməyə və bu işdə hər cür dəstək verməyə hazır olduğunu bəyan edib.

Görüş əsnasında, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı, o cümlədən münaqişənin siyasi nizamlanması ətrafında son durum barəsində Şeyx Həməd bin Məhəmmədə ətraflı məlumat verilib.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.