Naxçıvan şəhərinin Əziz Əliyev prospekti yenidən qurulub

Naxçıvan şəhərinin Əziz Əliyev prospekti yenidən qurulub
09 2017 08:44

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yenidənqurma işləri aparılıb, yeni istirahət parkı salınıb və kafe fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov parkın və kafenin açılışını bildirən lenti kəsib, həyata keçirilən tikinti işləri ilə maraqlanıb.

Məlumat verilib ki, Əziz Əliyev prospektindəki avtomobil yolunun hərəkət hissəsi genişləndirilib, yola yeni asfalt döşənib, ərazidə istirahət parkı salınaraq abadlıq və yaşıllaşdırma işləri görülüb. Parkda 2 fəvvarə tikilib, müasir işıqlandırma sistemi quraşdırılıb, oturacaqlar qoyulub, yeni kafe fəaliyyətə başlayıb. Kafedə 6 nəfər işlə təmin olunub.

Yenidənqurma işləri ilə əlaqədar evləri plana düşən iki vətəndaş üçün yeni fərdi ev tikilib.

Ali Məclisin Sədri kafedə yaradılan şəraitlə tanış olub, yerli məhsullardan istifadə olunması və keyfiyyətli xidmət göstərilməsi ilə bağlı tapşırıqlar verib.

 

Naxçıvan şəhərində yeni istehsal və xidmət sahəsi

fəaliyyətə başlayıb

Muxtar respublikada əlverişli biznes və investisiya mühitinin yaradılması özəl sektorun inkişafı üçün geniş imkanlar açıb. Hər il muxtar respublikada yeni istehsal və xidmət sahələri yaradılır, əhalinin məşğulluğu təmin olunur. 

Martın 8-də Naxçıvan şəhərinin Əziz Əliyev prospektində “Danyeri” istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov istehsal və xidmət sahəsinin açılışını bildirən lenti kəsib.

Müəssisənin əməkdaşı Nihad Dadaşov çıxış edərək deyib ki, muxtar respublikada sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Qeyri-məşğul əhalinin işlə təminatı diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, hər il Naxçıvanda müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət sahələri yaradılır, minlərlə insan işlə təmin olunur. Bu gün istifadəyə verilən “Danyeri” istehsal və xidmət sahəsi də sahibkarlığın inkişafına göstərilən qayğının daha bir ifadəsidir. Nihad Dadaşov yeni işlə təmin olunanlar adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yeni parkın və xidmət sahələrinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, bu işdə əməyi olanlara təşəkkürünü bildirərək deyib: “Azərbaycan inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir. Çünki ümummilli liderimiz Heydər Əliyevin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlət öz vətəndaşına qayğı göstərir, ölkəmizdə sabitlik və dövlət-xalq birliyi vardır”.

Ali Məclisin Sədri bildirib: “Bu gün istifadəyə verilən yeni parkın və xidmət sahəsinin yerləşdiyi ərazi vaxtilə Naxçıvan şəhərinin yararsız yerlərindən biri idi. Lakin aparılan quruculuq işlərindən sonra ərazi bu gün Naxçıvan şəhərinin ən abad küçələrindən birinə çevrilmişdir. Ölkəmizdə sahibkarlar üçün yaradılan şərait və göstərilən dəstək yeni xidmət və istehsal sahələrinin yaradılmasına imkan verir. Müəssisədə həm məhsul istehsal olunur, həm də əhaliyə iaşə və ticarət xidməti göstərilir. Bu işlərin həyata keçirilməsi bir tərəfdən əhalinin asudə vaxtının səmərəli təşkili və turizmin inkişafına xidmət edirsə, digər tərəfdən isə yeni iş yerlərinin açılmasına və gənclərin məşğulluğunun təmin olunmasına hesablanıb. Ona görə də işçilər öz üzərilərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, yaradılan şəraitdən səmərəli istifadə etməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalı, istehsal olunan və satışa çıxarılan məhsulların keyfiyyəti diqqətdə saxlanılmalı, sakinlərə və turistlərə nümunəvi xidmət göstərilməlidir”.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb, tədbirdə iştirak edən qadınları və onların timsalında muxtar respublika qadınlarını 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Xidmət və istehsal sahələrinə baxış zamanı bildirilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada gündəlik istehsal gücü 500 kiloqram olan dondurma, istehsal gücü saatda 800 çörək olan milli çörək və istehsal gücü saatda 80 kiloqram olan unlu-qənnadı sahələri, 40 və 96 yerlik iki kafe, 114 yerlik restoran, uşaqlar üçün zal, ixtisaslaşmış mağaza, mebel salonu, 2 ədəd soyuducu kamera, xammal və hazır məhsul anbarları, iş və xidməti otaqlar vardır. Binada lift quraşdırılıb, təhlükəsizlik tədbirləri görülüb. İstehsal və xidmət sahəsində 62 nəfər işlə təmin olunub.

İstehsal sahələrində bazarın tələbatına uyğun keyfiyyətli və rəqabətədavamlı məhsul istehsal olunur, təmizliyə və gigiyenik qaydalara tam əməl olunur. Məhsullar “Danyeri” əmtəə nişanı ilə muxtar respublikadakı ticarət mərkəzlərində satışa çıxarılır. Mağazada ərzaq məhsullarının və gündəlik tələbat mallarının satışı həyata keçirilir. Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, xarici ölkələrdə istehsal edilən və mənşə sertifikatı olan məhsullar da satışa çıxarılır. Xidmət sahələrində insanların rahatlığı tam nəzərə alınıb. Mebel salonunda isə muxtar respublikada və başqa ölkələrdə istehsal olunan müxtəlif növ keyfiyyətli mebel dəstləri alıcılara təklif olunur.

Ali Məclisin Sədri muxtar respublikada daxili bazarın tənzimlənməsi sahəsində tədbirlərin görüldüyünü diqqətə çatdırıb, istehsal və xidmət sahəsində keyfiyyətə diqqət yetirilməsinin və tələbata uyğun məhsul istehsal olunmasının vacibliyini bildirib.

Naxçıvan şəhərində yeni istehsal və xidmət sahəsinin yaradılması, parkın istifadəyə verilməsi sakinlərlə yanaşı, turistlərin də istirahətinin mənalı təşkilinə imkan verəcəkdir.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.