Naxçıvan Tibb Kollecində Əziz Əliyevin yubileyi qeyd olunub

Naxçıvan Tibb Kollecində Əziz Əliyevin yubileyi qeyd olunub
13 2017 12:12

Əziz Əliyevin Azərbaycanda tibb elminin inkişafında, ali tibb təhsilinin təşəkkülündə, yüksək ixtisaslı kadrların hazırlanmasında, ana dilində tibb terminologiyasının və ali məktəb dərsliklərinin yaradılmasında müstəsna xidmətləri var.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Tibb Kollecində görkəmli dövlət xadimi, Əməkdar Həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin 120 illik yubileyi münasibətilə keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə kollecin direktoru Sona Məmmədova çıxış edərək Əziz Əliyevin tibb elminin inkişafındakı xidmətlərindən danışıb.

Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin sektor müdiri Səmayə İbrahimova bildirib ki, “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il noyabrın 18-də imzaladığı Sərəncam alimin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə yanaşı, respublikada səhiyyə sisteminin inkişafı istiqamətindəki fəaliyyətinə verilən yüksək qiymətdir. Əziz Əliyevin yubileyi ilə əlaqədar muxtar respublikada Tədbirlər Planı təsdiq edilərək icra olunur.

Əziz Əliyevin ikinci dünya müharibəsi illərində apardığı işlərin mühüm hərbi-siyasi əhəmiyyətə malik olduğunu vurğulayan Naxçıvan Tibb Kollecinin şöbə müdiri Sahibə Quliyeva deyib ki, Azərbaycan və Dağıstan xalqları arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində də görkəmli alimin əvəzsiz xidmətləri var.

Sonda Əziz Əliyevin ömür yolundan bəhs edən sənədli film nümayiş olunub.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.