Yanvarın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadətlə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı muxtar respublikada görməkdən məmnunluğunu bildirib, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Qərbi Azərbaycan Vilayəti arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini və gediş-gəlişin artdığını diqqətə çatdırıb, bunu qarşılıqlı münasibətlərin göstəricisi kimi dəyərləndirib.
Ali Məclisin Sədri Şahtaxtı-Poldəşt gömrük keçid məntəqəsinin iş saatının artırılmasının və iqtisadi-ticarət əlaqələrinin inkişafının hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. Ali Məclisin Sədri əlaqələrin inkişafına verdiyi töhfəyə görə Qurbanəli Səadətə təşəkkür edib, münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib.
Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadət göstərilən diqqətə və səmimi görüşə görə minnətdarlıq edib, Qərbi Azərbaycan Vilayətinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb. Qurbanəli Səadət İranın Qərbi Azərbaycan Vilayətinin iqtisadi inkişafı haqqında məlumat verib, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi imkanlarından danışıb.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak edib.
Azərbaycanla Belarusun siyasi-iqtisadi münasibətlərində yeni mərhələ başlayır.
Aprelin 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Dmitriy Pantusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Aprelin 13-də ADA Universitetində keçirilmiş "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfrans Azərbaycanın müəllifi olduğu yeni regional reallıqların həqiqətən də artıq bütün dünya tərəfindən qəbul edildiyini bir daha təsdiq etmiş oldu. Ölkə Prezidenti cənab İlham Əliyev konfransda etdiyi çıxışında birmənalı olaraq qeyd etdi ki, Azərbaycan ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır, lakin Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliklər də xalqımız tərəfindən heç zaman unudulmayacaqdır. Bununla da dövlətimizin başçısı Ermənistandakı bəzi revanşist əhval-ruhiyəli qüvvələrə növbəti dəfə xəbərdarlıq mesajlarını aşkar və net şəkildə çatdırdı.”
Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond SMA xəstəliyindən əziyyət çəkən Tunar Bağırovla bağlı özəl sektorda fəaliyyət göstərən şirkətlərə müraciət edib.
“Biz Ermənistanla münaqişəni demək olar 30 il müddətində sülh yolu ilə nizamlamaq istədik. Danışıqlar prosesinə sadiq olmağımız da bizim niyyətlərimizə dəlalət edir. Buna görə də münaqişənin hərbi-siyasi yolla nizamlanmasında təqsirkar, əlbəttə, işğalçı ölkədir”.