Naftalan məktəbliləri Lənkəran, Masallı və Astara rayonlarından zəngin təəssüratlarla qayıdacaqlarına əmindirlər

Naftalan məktəbliləri Lənkəran, Masallı və Astara rayonlarından zəngin təəssüratlarla qayıdacaqlarına əmindirlər
23 2017 15:34

Naftalan şəhər ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup martın 23-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tur-aksiyaya qoşulublar.

AZƏRTAC xəbər verir ki, Naftalanın mərkəzində tur-aksiya iştirakçılarının Lənkəran-Masallı-Astara istiqaməti üzrə yolasalma mərasimi keçirilib.

Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naftalan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Mərasimdə qeyd edilib ki, iştirakçılar tur-aksiya çərçivəsində Lənkəran rayonunda “Qoşaqala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları, sitrus meyvə bağları, Astarada şəhər bulvarı, “Yanar bulaq” və “Astaraçay” çay fabriki, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi, Viləşçay su anbarı ilə tanış olacaqlar.

Yolasalma mərasimində çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyalar Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, əsrlərlə qorunub saxlanan adət-ənənələrinin, eləcə də müstəqillik illərində qazandığı nailiyyətlərin yaxından öyrənilməsində mühüm əhəmiyyət daşıyır. Həmçinin tur-aksiya vasitəsilə şagirdlər tədrisdə qazandıqları nəzəri biliklərini möhkəmləndirəcəklər.

Tur-aksiyanın iştirakçıları Lənkəran, Masallı, Astara rayonlarından zəngin təəssüratlarla qayıdacaqlarına əminliklərini bildiriblər.

Təhsil işçiləri və valideynlər şagirdlərə səfərlə bağlı tövsiyələrini verib, onlara mənalı istirahət, zəngin təəssüratlar arzulayıblar.


13 Dek 2024
Cəmiyyət

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə yanvarın 3-də Bakıdan Qəbələyə və Qəbələdən Bakıya əlavə qatar reysləri təyin edir.

13 Dek 2024
Cəmiyyət

Bu il Azərbaycandan turist axını 17 % artıb

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1 milyon 998,9 min nəfər olub.

13 Dek 2024
Cəmiyyət

Vüqar Bayramov: 2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq

2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq.

13 Dek 2024
Cəmiyyət

Şənbə günü Bakıya sulu qar yağacaq - PROQNOZ

Azərbaycan ərazisində dekabrın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.