Martın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasının NATO ilə “Planlaşdırma və Analiz Prosesi” (PAP) və “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” (FTƏP) sənədlərinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO və tərəfdaş ölkələrlə əməkdaşlıq, PAP və FTƏP proqramları üzrə məqsədlərin və öhdəliklərin yerinə yetirilməsi məsələləri müzakirə olunub.
Görüş iştirakçıları NATO ilə Azərbaycan arasında hərbi təhsil və təlim sahəsində birgə fəaliyyət planını, Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində aparılan fəaliyyətlər və Azərbaycan sülhməramlılarının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfə və digər məsələləri də nəzərdən keçiriblər.
Son illər Bakıda 100-dən çox yeni park yaradılıb.
Xalq şairi Sabir Xudu oğlu Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib.
"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.