NASA bir missiya üçün nə qədər pul xərcləyir?

NASA bir missiya üçün nə qədər pul xərcləyir?
14 2017 14:20

ABŞ-ın NASA kosmik agentliyi iki yeni missiya həyata keçirəcək. Bu missiyalar Günəş sisteminin sirlərini öyrənmək üçün yaxın gələcəkdə Yeri tərk edəcək.

Milli.Az modern.az-a istinadən xəbərinə görə, "Psyche" zondu "Psixeya" dəmir asteroidini, "LUCY" isə Yupiterlə tandemdə olan "Troya" asteroidini tədqiq edəcək.
Hər iki missiya "Discovery" proqramı çərçivəsində həyata keçiriləcək.
 
"Discovery" proqramı yeni missiyaları hər dörd ildən bir seçir. NASA hər missiyanın reallaşması üçün 450 milyon dollar xərcləyir.
 
Bu ilin yanvar ayının əvvəllərində müsabiqəyə yekun vurulub. "LUCY" və "Psyche" missiyaları müsabiqədə qalib gəlib.
 
NASA "LUCY" zondunu 2012-ci ildə həyata keçirməyi planlaşdırır. Alimlər hesab edirlər ki,  "LUCY"nin köməyi ilə "Troya" asteroidləri tədqiq ediləndən sonra Yupiter planetinin necə yaranmasını bilmək olacaq. Eyni zamanda "Troya" orbitlərinin Yer və başqa planetlər üçün hansı təhlükələr yaratdığını müəyyən etmək mümkün olacaq.
 
Digər kosmik aparatın isə 2023-cü ildə buraxılacağı gözlənilir. O isə Yerin və Marsın orbitləri arasında olan "Psixeya" asteroidlərini araşdıracaq. Bu isə planetlərin necə formalaşmasını, onların yaranmasında toqquşmaların rolunun olmasını bizə anlamağa yardım edəcək.


10 Apr 2023
Maraqlı

Hibrid Günəş tutulması baş verəcək

Aprelin 20-də ilin ilk Günəş tutulması baş verəcək.

24 Yan 2023
Maraqlı

Reyhan

Reyhan haqqında ümumi məlumat

13 Yan 2023
Maraqlı

Yerə bənzər planet kəşf edildi - FOTO

“James Webb” kosmik teleskopu özünün ilk ekzoplanetini kəşf edib.