Müəllimlərin maliyyə savadlılığının artırılması üçün təlimlər keçirilib

Müəllimlərin maliyyə savadlılığının artırılması üçün təlimlər keçirilib
09 2017 15:47

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin həyat bilgisi və ibtidai sinif müəllimləri üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə 75 müəllim maliyyə savadlılığının kurikuluma inteqrasiyası elementlərinə dair təlimlərdə iştirak edib.

BŞTİ ilə Mərkəzi Bankın birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan təlimlərin keçirilməsinin əsas məqsədi müəllimlərin iqtisadi bilik və bacarıqlarının artırılması, həmçinin iqtisadi biliklərin tədrisi zamanı onların əyani vəsait və elektron resurslarla təmin edilməsidir.

Layihə çərçivəsində dörd qrup üzrə təşkil edilmiş təlimlərdə həyat bilgisi və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu və istehsal infrastrukturları barədə təqdimatlar keçirilib. Mövzular üzrə interaktiv oyunlara, çalışmalara yer verilib.

Həyat bilgisi fənninin müəllimləri üçün təlimlər Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində, ibtidai sinif müəllimləri üçün təlimlər isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda təşkil olunub.

Təlimlərin yekununda qiymətləndirmə aparılıb və nəticələrə uyğun olaraq müəllimlərə sertifikatlar verilib.

Təhsildə maliyyə savadlılığına dair təlimlərin növbəti aylarda da keçirilməsi nəzərdə tutulur.


9 İyun 2023
Cəmiyyət

Metro işçilərinin maaşları 15 % artırılıb

“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb.

9 İyun 2023
Cəmiyyət

“Bəyin oğurlanması”nın “İsabala”sının anım günüdür - VİDEO

Bu gün kino rejissoru, aktyor və Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin anım günüdür.

9 İyun 2023
Cəmiyyət

Bakı metrosunun stansiya və tunellərində ventilyatorlar yay rejiminə keçirilib

"Bakı Metropoliteni" QSC-nin stansiy və tunellərində ventilyasiya sisteminin iş rejimi yay qrafikinə keçirilib.

9 İyun 2023
Cəmiyyət

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul edib

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.

9 İyun 2023
Cəmiyyət

Pirşağıda qamışlıq sahə yanır

Pirşağı qəsəbəsində qamışlıq sahə yanır.