Müəllimlərin işə qəbulu üzrə elektron sınaq imtahanı keçirilib

Müəllimlərin işə qəbulu üzrə elektron sınaq imtahanı keçirilib
03 2017 11:03

Bu gün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi işə qəbul olmaq istəyən müəllimlər üçün elektron sınaq imtahanı təşkil edib.
 Təhsil Nazirliyinin mətbuat xidmətindən Xeberle.com-a verilən məlumata görə, Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində keçirilən sınaq imtahanı kompüter vasitəsilə aparılıb.
İlk dəfə keçirilən sınaq imtahanında Bakı və Sumqayıt şəhərləri daxil olmaqla, respublikanın 13 bölgəsindən müəllim olmaq istəyən 200-ə yaxın namizəd iştirak edib. Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitdikdə dərhal öz nəticələrini görmək imkanına malikdir. Sınaq imtahanında 13 fənnin hər biri üzrə ən çox bal toplamış 1 nəfər Təhsil Texnologiyaları Mərkəzi tərəfindən ödənişsiz olaraq müəllimlərin işə qəbulu üçün hazırlıq kurslarına qəbul ediləcək.
Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq, imtahanları ayda 2 dəfə keçirməyi planlaşdırır. Növbəti elektron sınaq imtahanı aprelin 16-da keçiriləcək. Gələcəkdə sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulur. Sınaq imtahanlarına yazılmaq üçün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə müraciət etmək mümkündür.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir. 


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.