Müəllimlər üçün yeni layihəyə başlanıldı

Müəllimlər üçün yeni layihəyə başlanıldı
31 2017 15:32

Təhsil Nazirliyi, “British Council” və “British Petrolium” Neft Şirkətinin birgə əməkdaşlığı çərçivəsində “İcmalar üçün İngilis dili” layihəsinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, layihə Azərbaycan Respublikasının 10 bölgəsini və Bakı şəhəri üzrə Qaradağ rayonunun neft boru kəməri keçən qəsəbələrini əhatə edir.

Layihənin əsas məqsədi İngilis dili müəllimlərinin dil və tədris bacarıqlarının təkmilləşdirilməsi və icma üzvlərinə keyfiyyətli ingilis dili tədrisinin təmin olunması yolu ilə onların məşğulluq imkanlarının artırılmasıdır.

Layihəyə Qaradağ rayonu üzrə neft boru kəməri keçən qəsəbələrdən 6 pilot məktəb cəlb olunub. Fevralın ortalarından etibarən pilot məktəblərin ingilis dili müəllimləri müsahibəyə cəlb olunacaq. Müsahibə nəticəsində seçilmiş müəllimlər 120 saatlıq təlimlərdə iştirak edəcək. Mart ayından etibarən sentyabr ayınadək müəllimlər üçün onlayn dil və metodiki dəstək proqramı tədris olunacaq. Proqram çərçivəsində müəllimlərə resursların effektiv istifadə edilməsi barədə təməl məlumatlar ötürüləcək. Aprel ayından təlimçi İngilis dili müəllimlərinin icma üzvlərinə dil dərsləri təşkil olunacaq. Avqust və sentyabr ayları boyunca layihədə iştirak edən müəllimlərin dərsləri dinləniləcək və müəllimlərə müvafiq dəstəkləyici rəylər veriləcək.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.