Müəllimlər üçün dil təkmilləşdirmə təlimləri başlayıb

Müəllimlər üçün dil təkmilləşdirmə təlimləri başlayıb
12 2017 11:02

“Uğur üçün Tədris” (SPEX) layihəsi çərçivəsində Dil təkmilləşdirmə təlimlərinə start verilib.

Bu barədə Trendə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Dil Təkmilləşdirmə təlimlərinin həyata keçirilməsində əsas məqsəd müəllimlərin ingilis dilində danışıq səriştəsinin artırılması, danışığın tədrisi və qiymətləndirilməsi qabiliyyətinin təkmilləşdirilməsidir. “British Council”un peşəkar təlimçiləri tərəfindən aparılan 120 saatlıq təlimlər Beynəlxalq Aptis İmtahanının nəticələrinə əsasən, 12 inzibati rayon üzrə müəyyən edilmiş təlim mərkəzlərində həyata keçirilir.

Qeyd edək ki, dil təkmilləşdirmə təlimini uğurla başa vuran müəllimlər layihənin növbəti mərhələsi olan metodologiya təlimlərinə cəlb olunacaqlar.


3 İyun 2023
Cəmiyyət

FHN Gəncə Beynəlxalq Hava Limanında taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Gəncə Regional Mərkəzinin iştirakı ilə Gəncə Beynəlxalq Hava Limanında “İnsanların kütləvi istifadə etdiyi mühüm əhəmiyyətli obyektlərdə mümkün yanğın hadisəsinin söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

3 İyun 2023
Cəmiyyət

Ordubadda Zəvvar arxı qardan və lildən təmizlənib

Ordubad rayon Su təsərrüfatı və Meliorasiya İdarəsi Zəvvar arxının 800 metrdən çox hissəsini qardan və lildən təmizləyib.