Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının 11-ci ildönümü və nazirlik sistemi işçilərinin peşə bayramı günü münasibətilə dekabrın 17-də “Radioquraşdırma” zavodunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin zavodun həyətində ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Peşə bayramı münasibətilə kollektivi təbrik edən nazir Yavər Camalov bildirib ki, son illər Azərbaycanın sürətli tərəqqisi nəticəsində ölkəmizin güclü iqtisadi və hərbi potensialı formalaşıb, cəmiyyət həyatının bütün sahələri inkişaf edib. Azərbaycanın hərbi qüdrəti durmadan artır.
Son dövrdə Azərbaycanda müdafiə sənayesi sahəsinin uğurla inkişaf etdiyini qeyd edən nazir diqqətə çatdırıb ki, hazırlanan hərbi təyinatlı məhsulların çeşidi artıb, Milli Ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Müdafiə Sənayesi Nazirliyində 11 il ərzində mühüm uğurlar əldə olunub. Nazirliyin qarşısında qoyulmuş əsas məqsəd müəssisələrdə bərpa və yenidənqurma işlərinin aparılması, müasir növ silah və döyüş sursatlarının istehsalının mənimsənilməsi və onların seriyalı istehsalını təmin etmək üçün yeni istehsal sahələrinin yaradılması olub.
Bildirib ki, 2016-cı ildə yaradılma proqramında nəzərdə tutulan 115 mövzu üzrə 198 mərhələnin yerinə yetirilməsi planlaşdırılıb. Bu sahədə işlər uğurla davam etdirilir. Nazirliyin müəssisələri tərəfindən 37 mərhələ yerinə yetirilib, o cümlədən “TA-57” tipli səhra telefon aparatının yaradılması işləri tam başa çatdırılıb və silahlanmaya tövsiyə olunub. Digər mərhələlərin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda, xüsusi təyinatlı “Yalquzaq” snayper tüfəngi istehsal edilərək sifarişçilərə təhvil verilib.
MSN-in “ADEX-2016” sərgisində nümayiş etdirdiyi məmulatlardan mina əleyhinə “İldırım” və “Qasırğa” zirehli maşınları, “AZAD Sistemlər” müəssisəsində hazırlanan pilotsuz uçuş aparatlarının ən yeni tipli təkmilləşdirilmiş variantları, yeni növ atıcı silahlar, tank əleyhinə idarə olunan raketlə təchiz edilmiş “Gürzə” nəzarət-patrul maşını, döyüş sursatları və onların partladıcı başlıqları iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb”, - deyə Y.Camalov qeyd edib.
Nazir bildirib ki, hər il olduğu kimi, bu il də peşə bayramı ərəfəsində Prezident İlham Əliyev tərəfindən nazirliyin bir qrup əməkdaşının yüksək fəxri adlar və medallarla təltif olunması kollektivdə dərin minnətdarlıq və sonsuz ehtiram hissi doğurub.
Tədbirdə digər çıxış edənlər də MSN-in 11 illik fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunan əməkdaşlara mükafatlar təqdim edilib. Həmçinin MSN-in xidmətdə fərqlənən əməkdaşları nazirin əmri ilə təltif olunublar.
Sonda nazirliyin kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Türkmənqaz” Dövlət Konserninin rəhbəri Maksat Babayev ilə görüşüb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə dəfn edilib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.