Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyanın növbəti dəfə məsuliyyətsiz və populist çıxışı bizi heç də təəccübləndirmir.
Bu barədə Trend-ə M.Akopyanın fikirlərini şərh edərkən Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, qarşı tərəfin cinayətkar hərbi-siyasi rəhbərliyinin nümayəndələri aprel hadisələrinə kimi də bu və buna bənzər müxtəlif bəyanatlarla çıxış ediblər:
"Hamımızın yaxşı yadındadır ki, məhz aprel əməliyyatlarından sonra M.Akopyanın Dağlıq Qarabağda qalmasının onun fiziki məhvinə gətirəcəyini anlayan Serj Sarkisyan onu təcili surətdə Yerevana qaçırtmaq məcburiyyətində qaldı. Apreldə döyüşlərində aldığı güclü zərbədən sonra iflasa uğrayan Ermənistan ordusu və onun rəhbərliyi, deyəsən, bu cür təxribat xarakterli çıxışlarla ölkəsində mövcud olan daxili siyasi, sosial və ictimai gərginliyi sakitləşdirməyə cəhd göstərir.
Lakin M.Akopyan dərk etməlidir ki, Azərbaycan Ordusunun tətbiq edəcəyi müasir silahlar aprel döyüşləri zamanı istifadə olunanlarla müqayisədə daha dağıdıcı olmaqla yanaşı, erməni ordusunun tamamilə məhv edilməsi ilə nəticələnəcək".
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.