"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo alman yarımmüdafiəçi Bastian Şvaynştagerin klubdakı gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
Sport7.az xəbər verir ki, portuqaliyalı mütəxəssis yarımmüdafiəçiyə ümid bəslədiyini söyləyib: "Əlbəttə, yanvarda Şvaynştager "MY"da qala bilər. Əgər sənin klubla müqavilən varsa, sən öz gələcəyini müəyyən etmək hüququna maliksən. Bastian bizə kömək edə bilər. O, digər komanda yoldaşları kimi öz üzərində işləməlidir ki, oynamaq üçün daha çox şans əldə etsin. Ötən yay biz Şvaynştager üçün başqa bir gələcəklə bağlı variantlar seçməyə çalışdıq. Lakin o, bu şəraitdə klubda qalmaq qərarına gəlmək üçün kifayət qədər güclü çıxdı. O, oynamaq şansı qazanmaq üçün öz üzərində çox işlədi. Qətiyyətli insanlar mənim xoşuma gəlir".
Bastian Şvaynştayger mövsüm başlayandan noyabrın 30-a qədər heç bir oyunda komandasının heyətində meydana çıxmayıb. Baş məşqçi yalnız göstərilən tarixdə Liqa Kubokunun 1/4 final mərhələsində "Vest Hem"ə qarşı matçda (4:1) ona şans verib.
Rusiyanın paytaxtı Moskvadan Hindistanın Yeni Dehli şəhərinə aviareyslər yanvarın 30-dan başlaya bilər.
Yunanıstanda koronavirusa qarşı peyvənd olunanlara milli rəqəmsal sertifikat veriləcək.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yanvarın 20-də canlarını Azərbaycanın istiqlalı uğrunda qurban verən şəhidlərlə bağlı “Twitter” hesabında paylaşım edib: