Mosulda dağıntılar altından 80-dən çox dinc sakinin meyiti çıxarılıb

Mosulda dağıntılar altından 80-dən çox dinc sakinin meyiti çıxarılıb
24 2017 15:21

İraq hərbçiləri Mosulun İŞİD-dən  azad olunmuş qərb hissəsinin bombalanması nəticəsində uçmuş binaların dağıntıları altından 80-dən çox dinc sakinin meyiti çıxarıblar.

APA-nın xəbərinə görə, bu barədə “Anadolu” İraq ordusunun nümayəndəsi Məhəmməd Abdullaha istinadən məlumat verir.           

Məlumata görə, cəsədlər Mosulun Bab Lekeş və Bab Cədid rayonlarında binaların dağıntıları altından çıxarılıb.     

Ölənlər arasında xeyli sayda qadın və uşaqların olduğu bildirilir. Məhəmməd Abdullah bəzi cəsədlərin 20 gündən çox dağıntılar altında qaldığından tanınmaz hala düşdüyünü qeyd edib.   

Aşkarlanmış cəsədlər ümumi məzarlıqda dəfn edilib. Axtarış tədbirləri davam etdirilir.  

Türkiyə mətbuatı zərbələrin ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus qırıcılar tərəfindən endirildiyini iddia edir. ZƏrbələr nəticəsində 200-dən çox dinc sakinin öldüyü bildirilir.

İraq Hərbi-Hava Qüvvələri və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviasiyası Mosulda  İŞİD-ə qarşı əməliyyat aparan İraq ordusuna havadan dəstək göstərir.    


23 May 2025
Dünya

Vyanada Azərbaycanın Müstəqillik Gününün ildönümü qeyd edilib

Vyanada Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümünə həsr olunmuş rəsmi tədbir keçirilib.

23 May 2025
Dünya

Qazaxıstanda zəlzələ oldu

Qazaxıstanın şərqində yerli vaxtla baş verən zəlzələ sakinlər arasında narahatlıq yaradıb.

23 May 2025
Dünya

Qazaxıstanın Türkiyədəki səfiri ölkənin TDT-də daimi nümayəndəsi təyin olunub

Qazaxıstanın Türkiyədəki səfiri Yerkebulan Sapiyev əlavə olaraq Qazaxıstanın Türk Dövlətləri Təşkilatında (TDT) daimi nümayəndəsi təyin edilib.

23 May 2025
Dünya

Pyotr Qlıboçko Mehriban Əliyevanı təbrik etdi

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya 28 May - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

23 May 2025
Dünya

İndoneziyada güclü zəlzələ baş verib, dağıntılar var

İndoneziyanın Benkulu əyalətinin sahillərində 6.3 bal gücündə güclü zəlzələ qeydə alınıb.