İraqın Mosul şəhərinin Əl-Kayyara bölgəsində İŞİD terror qruplaşması tərəfindən yandırılan neft quyularından 11-ni 5 aydır ki, söndürmək mümkün olmur.
AZƏRTAC xəbər verir ki, quyulardakı yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğının bölgə sakinlərinin sağlamlığı üçün təhlükə yaratdığı bildirilir. Yanğınla əlaqədar qəsəbə qara buludlara bürünüb.
Qeyd edək ki, İŞİD terrorçuları qəsəbəni tərk edərkən buradakı neft quyularını yandırıblar. İndiyədək 13 neft quyusundakı yanğın söndürülüb. 11 neft quyusundakı yanğın isə davam edir.
Yunanıstan və Fransa səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
İsrail peyvənd şirkətləri ilə razılaşmalar nəticəsində ümumilikdə 24 milyon doza koronavirus peyvəndi alaraq ölkə daxilində əhalisi 100 faiz vaksinasiya edilən ilk ölkə oldu.
Ermənistanın İsraildəki səfiri Armen Smbatyana qarşı ittiham irəli sürülüb.