Rusiya paytaxtında ermənilərin Azərbaycana qarşı təxribat cəhdinin qarşısı alınıb.
REALPRESS.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün erməni diasporu tərəfindən Moskvanın nüfuzlu ali məktəblərindən sayılan “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universitetində erməni Vadim Aryutunovun “Bakı və Sumqayıt erməniləri. Nəticə” adlı mühazirəsi planlaşdırılıb.
Moskvadakı Azərbaycan diasporunun və ali məktəbin azərbaycanlı tələbələrin səyi nəticəsində tədbirin keçirilməsinin qarşısı alınıb. Ali məktəb rəhbərliyi ermənilərə tədbiri keçirməyə icazə verməyib.
Ukraynanın İnfrastruktur naziri Vladislav Kriklinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə gəlib.
Belarus və Azərbaycan iqtisadi əməkdaşlıqda yeni kooperasiya mərhələsinə keçmək barədə razılığa gəlib.
Belarus Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə razılaşmanı səmimi qəlbdən alqışlayır.