Moskva aeroportlarında 6 reys təxirə salınıb, 15-ə yaxın reys yubanır.
AZƏRTAC xəbər verir ki, bu barədə Moskva aeroportlarının onlayn tablosunda göstərilir. Belə ki, “Domodedovo” aeroportunda 4 reys təxirə salınıb, 4 reys gecikib. “Şeremetyevo” aeroportunda təxirə salınan reyslərin sayı 2, yubanan reyslərin sayı isə 11-dir.
Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi paytaxtda yaxın vaxtlarda güclü külək və çovğunla əlaqədar xəbərdarlıq edib.
Şimali Kipr Türk Respublikasında (ŞKTR) 4 gündür davam edən meşə yanğını nəzarətə alınıb.
“Biz qəti surətdə öz seçimimizlə bağlı qərar verdik: Ukrayna gələcəkdə Avropa İttifaqının (Aİ) və Avropa cəmiyyətinin tamhüquqlu üzvü olacaq”.
“Ukrayna və Moldova Avropa İttifaqına üzvlüyə namizəd statusunu həvəsləndirici hədiyyə kimi əldə edib”.