Monitorinqlər nəticəsində 4900-ə yaxın torpaq istifadəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib

Monitorinqlər nəticəsində 4900-ə yaxın torpaq istifadəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib
08 2017 17:17

Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkədə torpaqların təyinatına uyğun səmərəli istifadəsi, xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlərlə istifadəsinin, torpaqların qeyri-qanuni zəbt olunmasının qarşısının alınması ilə bağlı müvafiq göstərişlər verilib. Həmçinin ölkə başçısı tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinin araşdırılması, qanunsuz hasarlanma hallarına yol verilməməsi xüsusi vurğulanıb, istifadəsiz torpaqların geri alınaraq iqtisadi dövriyyəyə qaytarılması üzrə tapşırıqlar verilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, komitə tərəfindən bu tapşırıqların operativ icrası, eləcə də ölkənin vahid torpaq fondundan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti daha da gücləndirilib, torpaq idarəçiliyi ilə bağlı vəzifələrin yerinə yetirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

ƏMDK torpaqlardan səmərəli istifadə ilə bağlı Bakı şəhəri və regionlarda aktiv monitorinqlərin və reydlərin aparılmasını davam etdirir. Başlıca məqsəd torpaqlardan səmərəli, qənaətli və təyinatına uyğun istifadəni təmin etməkdir.

İndiyədək komitənin torpaq müfəttişləri tərəfindən aparılan monitorinqlər nəticəsində 4900-ə yaxın, 2016-cı il ərzində isə 1300-ə yaxın torpaq istifadəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.

Operativ qaydada yerlərdə qanunvericiliyin tələblərinə əsasən tədbirlər görülüb, pozuntu hallarının qarşısı alınıb. Belə ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən indiyədək 1100-ə yaxın hal üzrə inzibati protokol tərtib edilərək inzibati tənbehvermə haqqında qərarlarla 580 min manatdan çox cərimə tətbiq edilib. Vətəndaşlara torpaq qanunvericiliyi və mühafizə zolaqları ilə bağlı tələblər izah olunur, tətbiq olunmuş cərimələrin 30 gün ərzində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanunauyğun tədbirlərin görüləcəyi, habelə qərardan 10 gün ərzində şikayət vermək hüququ bildirilir.

Aparılan monitorinq və torpaq reydləri nəticəsində, əsasən kənd təsərrüfatı torpaqlarının təyinatının müvafiq qanunvericiliyin tələbləri pozulmaqla məqsədli şəkildə dəyişdirilməsi, dövlət və bələdiyyə torpaqlarının qeyri-qanuni zəbt olunması, mülkiyyət sənədi olmadan torpaqlar üzərində tikinti-quraşdırma işlərinin aparılması, mühafizə zolaqları ilə bağlı qanunvericiliyin tələblərinin pozulması, torpaqların üst münbit qatının korlanması ilə bağlı olub. Həmçinin həyata keçirilən tədbirlər nəticəsində əvvəlki dövrlərdə ayrı-ayrı şəxslər tərəfindən torpaqların zəbt olunması, hasarlanaraq uzun illər istifadəsiz saxlanılması və birbaşa təyinatına uyğun olmayaraq başqa məqsədlərlə istifadəsi halları müəyyən edilib.

Görülən tədbirlər nəticəsində respublikanın 46 rayonu üzrə icarədə olan lakin istifadəsiz qalan 200 min hektar torpaq sahəsinə dair 935 icarə müqaviləsinə xitam verilib və həmin torpaqlar dövlət mülkiyyətinə geri qaytarılıb.

Eyni zamanda, respublika üzrə icarədə olan dövlət və bələdiyyə torpaqlarının istifadə vəziyyəti göstərilməklə, icarəçilərin ümumi siyahısı hazırlanaraq vahid elektron baza yaradılıb.

Aparılan araşdırmalar nəticəsində respublikada mövcud özbaşına tikililər və zəbt olunmuş torpaq sahələri barədə də məlumat bankı yaradılıb.

Komitənin gördüyü tədbirlər isə torpaq sahələrinin istifadəsiz qalması, müxtəlif ərazilərdə torpaqların heç bir əsas olmadan özbaşına zəbt edilməsi, eləcə də mühafizə zolaqlarında tikintilərin aparılmasının qarşısı alınır. Həmçinin torpaqların təyinatına uyğun istifadəsinə nəzarət, istifadəsiz torpaqların yenidən iqtisadi dövriyyəyə cəlb edilməsi isə, torpaqlardan daha çox səmərə əldə edilməsi, xüsusən də kənd təsərrüfatının inkişafına təkan verir.

Komitə torpaqların qeyri-qanuni və səmərəsiz istifadəsi ilə bağlı monitorinqləri və qanun pozuntularına qarşı sərt tədbirləri bundan sonra da davam etdirəcək.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.