Azərbaycanda mobil rabitə xidmətləri ilə bağlı fəaliyyət növünə lisenziya 10 il müddətinə veriləcək.
REALPRESS.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı “Lisenziyalar və icazələr haqqında” qanununa dəyişiklik təklif edilir.
Dəyişiklik layihəsinə əsasən, “Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı”na “Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)” fəaliyyət növü əlavə edilir.
Bu fəaliyyət növünə lisenziyanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 10 il müddətinə verəcək.
Dəyişiklik layihəsi Milli Məclisin martın 7-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
“WhatsApp” messencerinin kompüter versiyası üçün artıq səsli və video zənglər əlçatandır.
Uzun illər boyu regionların inkişafı və abadlaşdırılması sənayeləşmə və aqrar sektorun inkişafı ilə bağlı idi. Ötən yüzillik inkişaf istiqamətlərinin siyahısına xidmət sahəsini, xüsusilə turizm sektorunu da əlavə etdi. Bu üç istiqamət uzun müddətdir ki, regionların inkişaf etdirilməsində ideal vasitələr kimi qəbul olunurdu. Lakin, son illərdə müasir cəmiyyət rəqəmsal texnologiyaların təsiri altında sürətlə dəyişir və bu tamamilə yeni reallıqlar formalaşdırır.
Milyonlarla istifadəçisi olan “WhatsApp” messenceri vasitəsilə yeni virus yayılır.