Mobil bankçılıq ənənəvi bankları “udur” – ARAŞDIRMA

Mobil bankçılıq ənənəvi bankları “udur” – ARAŞDIRMA
06 2017 12:16

Gənc nəsilin seçimləri dünya miqyasında bütün sektorlara təsir edir və gələcəyi formalaşdırır. Bank sektoru da bunlardan birdir. Gənclər ənənəvi bankçılıq yerinə, rəqəmsal bankçılığa  üstünlük verirlər. Bu da ənənəvi bankçılıq üsullarının sonunu gətirə bilər.

BANKA GETMƏK VƏRDİŞİ YOX OLUR

Müştərilərin pullarını idarə etmələri üçün ortaya çıxan mobil tətbiqlər günbəgün inkişaf edir, müştərilərin bank filialları ilə ünsiyyəti azalır. Yaxın gələcəkdə bank filialları və şöbələri keçmişdə qalacaq. Ola bilsin ki, filialların tamamilə ortadan qalxması üçün xeyli vaxt qala bilər, amma onlayn bankçılıq kanalları inkişaf etdikcə, bankı ziyarətetmə vərdişinin yox olacağı qətidir.

Araşdırmalara görə, sürətli olmayan və texnologiyasını yeniləməyən banklar müştərilərini itirəcəklər.

Bankomatlar (ATM) pul çıxartmaq və yerləşdirmək əməliyyatları xaricində istifadə olunmayacaq və filiallarla eyni taleyi bölüşəcək.

SMARTFONLAR ƏSAS BANK KANALINA ÇEVRİLİR

Ağıllı telefonlar əsas bank kanalı halına gələcək. Ağıllı telefonlar filialdakı bank işçilərindən daha çox məlumat vermək və toplaya bilmək potensialına malikdir. Müştəri getdiyi çox yerə  telefonunu özü ilə aparır və cihaz vasitəsilə ətraflı məlumat ala, pul köçürə və digər bank əməliyyatlarını həyata keçirə bilir.

Artıq bir neçə ildir Avropa və ABŞ-ın ən iri bankları filiallarını bağlayaraq onlayn bankçılığa keçirlər. Ötən il “Bank of America”, “Citigroup” və “JPMorgan” 389 filialını bağlayıb. Buna səbəb aktiv bank istifadəçilərinin 90%-ə yaxınının bank xidmətlərindən kompüter və telefonu vasitəsilə istifadə etmələridir.

İŞÇİLƏRƏ EHTİYAC AZALIR

Banklar təkcə filiallarını deyil, həm də işçilərinin sayını azaldırlar. Məsələn, hələ ötən ilin iyun ayında “Bank of America” bildirib ki, istehlakçıların dəyişən tələbatının ödənilməsi üçün mobil bankçılığa daha çox üstünlük veriləcək, gəlir gətirməyən filiallar bağlanacaq və 8 mindən çox işçi ixtisar olunacaq. İxtisarlar “Bank of America”nın ağır vəziyyətdə olmasını deyil, müştərilərin davranışındakı dəyişikliyi əks etdirir.

AZƏRBAYCANDA DA BANKLAR AKTİV ONLAYN BANKÇILIĞA KEÇİRLƏR

Azərbaycanda da bank filiallarına tələbatın azaldığı müşahidə olunur. Banklar dəyişən müştəri vərdişlərinə cavab vermək üçün filiallarını bağlayaraq, aktiv şəkildə onlayn bankçılığa keçməyə başlayıblar.

“Unibank”, “Kapital Bank”, “Bank of Baku”, “Bank Respublika”, “Dəmir Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Expressbank”, “Azər-Türk Bank”, “Nikoil Bank”, “TuranBank” internet və mobil bankinqə daha çox önəm verən banklardır.

“Unibank” mobil əlavəsinin imkanlarını davamlı olaraq artırır. Bir neçə gün öncə “Unibank Mobile”ın planşet versiyası istifadəyə verilib. Ölkə banklarının mobil əlavələrinin istifadəçi sayının müqayisəsi göstərir ki, ən çox yüklənən mobil əlavə “Unibank Mobile”dır. “Unibank Mobile” banka gəlmədən, istənilən vaxt və istənilən yerdə bank xidmətlərindən istifadəyə imkan verir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” da mobil şöbəsini günbəgün təkmilləşdirir. Bank tam yenilənmiş İnternet və Mobil Bank xidmətləri ilə hesablar, kartlar, kredit və depozitləri idarə etməyi daha da asanlaşdırıb. Barmaq izi ilə daxil olmaq imkanına malik olan “Kapital Bank”ın mobil tətbiqi bank xidmətlərindən əlavə, kommunal və mobil xidmətlər üzrə borclarınızı ödəmək üçün funksiyalara malikdir.

“Bank of Baku” da elektron bankçılığın inkişafı sahəsində fəaliyyətini genişləndirərək, müştərilərin filiala gəlmədən xidmətlərdən 24/7 rejimində istədikləri an faydalana bilməsi üçün çalışır. 2017-ci ildən etibarən “Bank of Baku” fəaliyyətini daha çox rəqəmsal platforma üzərindən həyata keçirməyi nəzərdə tutub. Bu da öz növbəsində, korporativ müştərilərə əməliyyatlarının 60%-dən çox hissəsini banka gəlmədən internet və mobil bankinq vasitəsilə həyata keçirmək imkanı yaradacaq. 

Daima yenilikləri tətbiq edən “Expressbank” öz müştərilərinin işini rahatlaşdırmaq üçün elektron “Şəxsi kabinet” yaradıb. Bankın saytından “Şəxsi kabinet” bölməsinə daxil olaraq əsas bank xidmətlərindən istifadə etmək mümkündür.

“Azər-Türk Bank” müasir və təhlükəsiz “E-bank” internet bankçılıq xidməti təqdim edir. Bu xidmət vasitəsilə “Azər-Türk Bank” korporativ və fərdi sahibkar olan müştərilərinə hesab əməliyyatlarını sürətli və daha təhlükəsiz şəkildə həyata keçirmək imkanını yaradır. Belə ki, “E-Bank” vaxta qənaət etməyə, bank əməliyyatlarını sutkanın istənilən vaxtında, dünyanın istənilən nöqtəsindən, internetə qoşulmuş istənilən kompüterdən təhlükəsiz və sadə şəkildə yerinə yetirməyə kömək edir.

“Dəmirbank” ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov mətbuata müsahibəsində bildirib ki, bank qısa müddətdə yeni innovativ internet və mobil bankçılıq xidmətlərini müştərilərinin istifadəsinə verəcək.

Onun sözlərinə görə, mobil və internet bank vasitəsilə əməliyyatların aparılması və qeyri-nağd əməliyyatları təşviq etmək üçün müştərilərə “DəmirClick” xidmətindən istifadə edərək bank əməliyyatlarının aparılmasını tarif və qiymət qoyma baxımından daha sərfəli olacaq.  

Banklar yaxşı anlayır ki, biznes-modelini yeni müştəri vərdişlərinə uyğun dəyişən banklar gələcəkdə daha üstün mövqedə olacaqlar.


19 Apr 2021
İqtisadiyyat

Azərbaycan neftinin idxalçısı olan Hindistan İtaliyaya rəqibdir - FOTO

2021-ci ilin mart aylarında Azərbaycanın xam neft və neft məhsulları İtaliya, Hindistan, İspaniya, İsrail, Böyük Britaniya, Belarus və Türkiyəyə ixrac olunub.

19 Apr 2021
İqtisadiyyat

Azərbaycanda qızıl bahalaşır

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

19 Apr 2021
İqtisadiyyat

Aprelin 19-da xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 19 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

17 Apr 2021
İqtisadiyyat

Əmək müqaviləsi olmadan işə cəlbolunma faktları aşkarlanıb

48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb olunduğu aşkar edilib.

16 Apr 2021
İqtisadiyyat

Neft sənayesində yeni dövrün çağırışları: Mütəxəssislər yeni səriştələrə yiyələnməlidir

Bütün dünyada koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatlarına mənfi təsirləri, kapital qoyuluşunun kəskin azalması, maliyyə çətinlikləri fonunda neft-qaz yataqlarının axtarış-kəşfiyyatı, işlənməsi istiqamətində uzun illik tarixə və zəngin təcrübəyə malik olan SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) itkilər minimuma endirilib, bir çox sahələrdə gəlirlilik təmin olunub.