Misirin sabiq prezidenti Hüsnü Mübarək 6 illik həbsdən sonra evə buraxılıb

Misirin sabiq prezidenti Hüsnü Mübarək 6 illik həbsdən sonra evə buraxılıb
24 2017 17:33

Misirin sabiq prezidenti Hüsnü Mübarək 6 illik həbsdən sonra evə buraxılıb. Bu barədə “Əl-Məsri əl-Yaum” nəşrinə Hüsnü Mübarəkin vəkili Fərid əd-Dib məlumat verib.

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, sabiq prezident Qahirənin Maadi rayonunda yerləşən hərbi hospitaldan çıxaraq evə qayıdıb.

Qeyd edək ki, bu il martın əvvəllərində Qahirənin kassasiya məhkəməsi 2011-ci ilin yanvarında baş vermiş iğtişaşlarda nümayişçilərin ölümü ilə bağlı cinayət işi üzrə sabiq prezident barəsində bəraət qərarı çıxarıb. Daha sonra Baş Prokurorluq H.Mübarəkin həbsdən azad edilməsinə razılıq verib.

88 yaşlı sabiq prezident səhhətindəki problemlərlə əlaqədar hərbi hospitalda müalicə olunurdu.


12 İyul 2024
Dünya

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğlərdə yardım göstərəcək

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım göstərəcək.

12 İyul 2024
Dünya

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

12 İyul 2024
Dünya

Nepalda 2 avtobus çaya aşdı - 66 nəfər itkin düşdü

Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 66 nəfər itkin düşüb.

12 İyul 2024
Dünya

Ərdoğan Vaşinqtonda Makronla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında görüş baş tutub.

12 İyul 2024
Dünya

Kanada sahillərində güclü zəlzələ baş verib

Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.