Mingəçevirli məktəblilər Azərbaycanda yaşayan azsaylı xalqların geyimlərini, müxtəlif adət-ənənələrini nümayiş etdiriblər

Mingəçevirli məktəblilər Azərbaycanda yaşayan azsaylı xalqların geyimlərini, müxtəlif adət-ənənələrini nümayiş etdiriblər
14 Dek 2016 15:04

Mingəçevir şəhər 3 saylı beynəlmiləl tam orta məktəbdə təhsil alan şagirdlər Azərbaycanda yaşayan azsaylı xalqların geyimlərini, müxtəlif adət-ənənələrini nümayiş etdiriblər.

AZƏRTAC xəbər verir ki, 3 saylı orta məktəbdə keçirilən tədbirdə şagirdlər 4 xalqın - Azərbaycan, rus, hind və özbəklərin milli adət-ənənələrini, rəqslərini, mətbəxini, musiqisini təqdim ediblər.

Məktəbin müəlliməsi Tahirə Tahirova bildirib ki, məktəbdə multikultural dəyərlər daim qorunur və bu tip tədbirlər mütəmadi olaraq keçirilir: “Məqsədimiz şagirdlərə digər xalqların nümayəndələri ilə dostluq, sülh şəraitində yaşamağı aşılamaqdır. Məktəbdə digər xalqların şagirdləri də dərs alır”.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyev çıxış edərək bildirib ki, Mingəçevirdə 11 xalqın nümayəndələri mehriban şəkildə yaşayırlar. Vaxtilə Su Elektrik Stansiyasının inşası və şəhərin salınması üçün müxtəlif xalqların nümayəndələrinin işləmək üçün Mingəçevirə gəldiklərini, sonradan burada qalaraq məskən saldıqlarını deyən S.Əliyev qeyd edib ki, tolerantlıq bizim üçün əvəzsiz dəyər, gələcək nəsillər üçün miras, beynəlxalq aləm üçün nümunədir.

Sonda şagirdlər “Biz bütün ölkələrdə sülh istəyirik, qoy, uşaqlar dinc və sağlam yaşasınlar” şüarını səsləndiriblər.


24 Apr 2025
Cəmiyyət

Taksi sürücüləri üçün test imtahanı keçirilib, 1261 namizəd uğur qazanıb

Dövlət İmtahan Mərkəzi tərəfindən 24 aprel 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.

24 Apr 2025
Cəmiyyət

MN: Azərbaycan hərbçisi Romada NATO kursunu uğurla başa vurub

Azərbaycanın hərbi qulluqçusu NATO Müdafiə Kollecinin Regional Əməkdaşlıq kursunu uğurla başa vurub.

24 Apr 2025
Cəmiyyət

Sabahdan müəllimlərin iş yerinin dəyişdirilməsi üçün vakansiya seçimi mərhələsi başlayır

Sabahdan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq.

24 Apr 2025
Cəmiyyət

Orxan Məmmədov: “Ticarət şəbəkələri və KOB-ların daha sıx əməkdaşlığı diqqətdə saxlanılmalıdır”

Ticarət şəbəkələri ilə KOB-ların daha sıx və effektiv əməkdaşlıq etməsi üçün imkanların və əməkdaşlıq üsullarının təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmalıdır.