Bu gün Heydər Məscidində Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Trend-in məlumatına görə, anım mərasimi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycanın Milli Qəhrəmanı Ç.Qurbanovun əziz xatirəsinə ehtiram olaraq və onun ailə üzvlərinə göstərilən davamlı diqqət və qayğının növbəti nümunəsi olaraq, dövlət başçısının tapşırığı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən keçirilib.
Mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər dövlət qurumlarının əməkdaşları və zabitləri, eyni zamanda ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Erməni tərəfi özünün mənfur sifətini bir daha göstərərək şəhid C.Qurbanovun nəşini uzun müddət geri qaytarmamışdı. Ç.Qurbanovun cəsədi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm danışıqlar nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid Ç.Qurbanov fevralın 6-da anadan olduğu Qusar rayonunda Şəhidlər xiyabanında dəfn edilib.
Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə, əsgər Ç.Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzalayıb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə telefon danışığı baş tutub.
Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə növbədənkənar Prezident seçkilərini təyin edib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov dekabrın 8-də Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.
Şəhid ailələri və yaralıların istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə “YAŞAT” Fondu tərəfindən xərclənən vəsait 7 011 408,82 manat təşkil edir.
Prezident İlham Əliyev dekabrın 8-də Gədəbəy rayonunun Kiçik Qaramurad-Cəfərli-Əyrivəng-Alnabat-Kərimli-İnəkboğan-Göyəmli-Şınıx-Göyəlli-Çobankənd-Şahdağ-Çiçəkli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.