25.02.2017-ci il tarixində Milli Onkologiya Mərkəzində “Mədə - bağırsaq sisteminin müəyyən patologiyalarında ESD (“Endoscopic Submucosal Dissection”) üsulunun tədbiqi üzrə konfrans və canlı “master-klass “” keçiriləcək. Tədbirə iştirak üçün qeydiyyat saat 8:30-da başlayır.
“Master- klass” N. N.Petrov adına onkologiya Elmi Tədqiqat İnstitutunun (Sankt-Peterburq ) endoskopiya şöbəsinin müdiri t.ü.f.d B.O. Tkaçenko tərəfindən aparılacaqdır. Aparılan əməliyyatlar canlı yayımla əməliyyatxanadan nümayiş etdiriləcəkdir. Konfransın rəsmi dili Azərbaycan və Rus dilləridir.
Tədbir Milli Onkologiya Mərkəzinin rəhbəri akademik C.Ə.Əliyevin çıxışı ilə başlayacaq. Konfransda ”Mədə - bağırsaq sisteminin polipozları və endoskopik müalicə üsulları” (MOM –un endoskopiya şöbəsinin müdiri E.İ. İbrahimov), “Qanaxmalar və xoşxassəli daralmalar zamanı endoskopik üsulların tədbiqi” (Ə.R. Hacıyev), “Qida borusunun müxtəlif etiologiyalı daralmaları zamanı stentləşmə” (endoskopiya şöbəsinin həkimi H. N. Həsənova), “Endoskopik müayinələrdə istifadə olunan yeni nəsil cihaz və alətlərin təqdimatı” (O. Yemelyanova) mövzularına toxunulacaq və ESD üsulu haqqında məlumat (Tkaçenko B. O.) veriləcəkdir.
Tədbirdə iştirak üçün aşağıdakı telefonlarla və ya electron poçt ilə əlaqə saxlamaq olar: 012 5370811 (+3160), medical_hn@yahoo.com.
Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.